AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi ürəkdən təbrik etməyi özümə şərəf sayıram və bundan çox məmnunam.
Əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud səmimi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı və tərəqqisi naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.
Hörmətli cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyim və Sizə çox yüksək hörmət bəslədiyimə Sizi əmin edim.
Hörmətlə,
Mixay Qimpu
Moldova Respublikasının Prezidenti
vəzifəsini icra edən