AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurası adından Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirik.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi, Birlik ölkələrinin əməkdaşlığının möhkəmlənməsi işində uğurlar diləyirik.
Səmimi hörmətlə,
Mixail Krotov
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi