AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın Respublika günü kimi xoş münasibətlə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Qətiyyətlə inanıram ki, iki qardaş ölkə arasında illər boyu inkişaf etdirdiyimiz çox yaxşı ikitərəfli münasibətlər gələcəkdə xalqlarımızın qarşılıqlı rifahı naminə daha da möhkəmlənəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.
Zillur Rəhman
Banqladeş Respublikasının Prezidenti