AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
İcazə verin ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Məmnunam ki, Azərbaycan ilə Çexiya arasında mövcud olan əla münasibətlər dinamik formada inkişaf edir.
Çexiya Respublikası ölkənizi mühüm tərəfdaş hesab edir, qarşılıqlı surətdə faydalı əlaqələri və siyasi dialoqu inkişaf etdirməkdə maraqlıdır. Əminəm ki, ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Vatslav Klaus
Çexiya Respublikasının Prezidenti