AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Zati-alinizə xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq arzulayıram.
Ən yüksək ehtiram və hörmətlə,
Şeyx Xəlifə bin Zaid Al Nəhəyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti