AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə öz adımdan və Suriya xalqı adından Zati-alinizi və dost Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən sevinc hissi duyuram.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq arzu edirəm.
Bir daha ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin xalqlarımız üçün faydalı olacağına inamımızı bildirmək istəyirəm.
Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz.
Bəşşar əl-Əsəd
Suriya Ərəb Respublikasının Prezidenti