AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Zati-aliləri,
Böyük məmnuniyyətlə Sizə, Azərbaycan Hökumətinə və xalqına Milli Bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi çatdırıram.
Getdikcə artaraq qarşılıqlı asılılıqla seçilən dünyamızda etibarlı və zirək Birləşmiş Millətlər Təşkilatı üçün olan lüzum həmişəkindən çoxdur. Sayı getdikcə artmaqda olan dünyəvi əhəmiyyətli məsələlərə təkidli və uzlaşdırılmış beynəlxalq cavab lazımdır. İndiki zamanda həm mövcud olan, həm də üzə çıxan problemlərin həlli üçün daha geniş BMT sistemi və üzv dövlətlər ilə səmərəli iş apara bilən BMT Katibliyinin olmasını tələb edir.
Vəzifədə olduğum zaman ərzində mənim üçün bu məqsədin yerinə yetirlilməsindən və təşkilatın şərəfi, ədaləti və səmərəliliyində Sizin inamınızın saxlanmasından yüksək olan prioritet yoxdur. Həmkarlarımla birlikdə bu niyyəti həyata keçirərkən, Azərbaycan Hökumətinin və xalqının bələdçiliyi, sədaqəti və dəstəyinə arxayın ola bilməyimiz ürəkləndirici haldır.
Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı izhar edirəm.
Pan Gi-mun
BMT-nin Baş katibi