AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Zati-aliləri,
Böyük məmnuniyyətlə Sizə, Azərbaycan Hökumətinə və xalqına milli bayramınız - Respublika günü münasibətilə səmimi təbriklərimi çatdırıram.
Getdikcə artaraq qarşılıqlı asılılıqla seçilən dünyamızda etibarlı və çevik Birləşmiş Millətlər Təşkilatına ehtiyac həmişəkindən çoxdur. Sayı getdikcə artmaqda olan dünyəvi əhəmiyyətli məsələlərə təkidli və uzlaşdırılmış beynəlxalq cavab lazımdır. İndiki zamanda həm mövcud olan, həm də yaranan problemlərin həlli daha geniş BMT sisteminin və üzv dövlətlərlə səmərəli iş apara bilən BMT Katibliyinin olmasını tələb edir.
Vəzifədə olduğum zaman ərzində mənim üçün bu məqsədin yerinə yetirilməsindən və təşkilatın şərəfinə, ədalətliliyinə və səmərəliliyinə Sizin inamınızın saxlanmasından yüksək prioritet yoxdur. Həmkarlarımla birlikdə bu niyyəti həyata keçirərkən, Azərbaycan Hökumətinin və xalqının bələdçiliyi, sədaqəti və dəstəyinə arxayın ola bilməyimiz ruhlandırıcı haldır.
Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı izhar edirəm.
Pan Gi Mun
Birləşmiş Millətlər Təşkilatının baş katibi