Azərbaycan şahmatçısı “Sheki Open” beynəlxalq festivalının qalibi olub
Bakı, 25 iyun, AZƏRTAC
Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.
AZƏRTAC xəbər verir ki, A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.
Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardskiy turniri ikinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.
B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.
Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]