AZƏRBAYCAN ŞAHMATÇISI TEYMUR RƏCƏBOV MÖTƏBƏR BEYNƏLXALQ TURNİRDƏ DÖRDÜNCÜ YERİ TUTMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışların 10-cu, yekun turunda cədvəldə heç bir dəyişiklik olmamışdır – görüşlərin üçü də heç-heçə başa çatmışdır. Kramnik sonuncu görüşdə Boloqana qalib gəlsəydi, birinci yeri tutacaqdı, lakin o, buna nail ola bilməmişdir. Beləliklə, Moldova qrossmeysteri Viorel Boloqan 10 mümkün xaldan 6,5 xal toplayaraq, turnirin qalibi olmuşdur. İkinci –üçünçü yerləri 5,5 xalla Vişi Anand və Vladimir Kramnik bölüşdürmüşlər. Onlardan yarım xal az toplamış Teymur Rəcəbov dördüncü yerə çıxmışdır. Peter Leko 4 xalla beşinci, Arkadi Naydiç isə 3,5 xalla axırıncı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]
Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər
- 08.06.2026 [06:08]