AZƏRBAYCAN ŞAHMATÇISI VÜQAR HƏŞİMOV FİDE-NİN QRAN-PRİ TURNİRİNİN LİDERİDİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş FİDE-nin Qran-pri turnirinin 12-ci turunda Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimov yarışın liderlərindən biri - Rusiya təmsilçisi Aleksandr Qrişuk üzərində möhtəşəm qələbə qazanmışdır.
Bu tur daha bir həmyerlimiz üçün uğurlu olmuşdur. Ağ fiqurlarla Fransız şahmatçısı Etyen Bakronu məğlub edən Şəhriyar Məmmədyarov turnir vəziyyətini xeyli yaxşılaşdırmışdır.
Teymur Rəcəbov isə Çexiya qrossmeysteri David Navara ilə görüşdə xal itkisinə məruz qalmışdır.
Digər qarşılaşmalar belə qurtarmışdır: E.İnarkiev-Vanq-Yu 0.5:0.5, M.Karlsen-M.Adams 1:0, İ.Çeparinov-S.Karyagin 0.5:0.5, Q.Kamski-P.Svidler 0:1.
Turnir cədvəlinə 7.5 xal toplamış V.Həşimov və Vanq Yu başçılıq edir.
Ş.Məmmədyarov, M.Karlsen və A.Qrişuk 7 xalla 3-5-ci yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]