Azərbaycan samboçuları Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 21-25-də Rusiyanın Sankt-Peterburq şəhərində sambo üzrə dünya çempionatı keçiriləcəkdir.
Azərbaycan Sambo Federasiyasından (ASF) AZƏRTAC-a bildirmişlər ki, yarışda Azərbaycanı idman sambosunda 9, döyüş sambosu üzrə isə 6 idmançı təmsil edəcəkdir.
ASF-nin prezidenti Ceyhun Məmmədov və millinin baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq yığmamızın heyətində dünya çempionu İslam Qasımov, qitə birinciliyinin mükafatçıları Ağasif Səmədov, Cavidan Qarayev, Emil Həsənov, Nizami Məmmədov və digər samboçular yer almışlar.
Beynəlxalq dərəcəli hakim Cabir İsmayılov yarışların idarə edilməsində Azərbaycanı təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]