Azərbaycan səfiri Ukrayna xarici işlər nazirinin birinci müavini ilə görüşmüşdür
Kiyev, 16 aprel (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli aprelin 15-də Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko ilə görüşmüşdür.
Bu barədə AZƏRTAC-a diplomatik nümayəndəliyimizin mətbuat xidmətindən məlumat vermişlər.
Ukrayna ətrafında vəziyyət görüşün diqqət mərkəzində olmuşdur. N.Qalibarenko Ukraynanın ərazi bütövlüyünü, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.
Tərəflər beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının əhəmiyyətini təsdiq etmişlər.
Görüşdə mövcud strateji tərəfdaşlıq mexanizmləri çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazırlıq ifadə olunmuşdur.
Tərəflər yaxın günlərdə Kiyevdə xarici siyasət idarələri arasında ikitərəfli siyasi məsləhətləşmələrin aparılması barədə razılığa gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]