Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib
Qahirə, 9 dekabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev etimadnaməsinin surətini Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Əbdülməcid bin Rəşid Əl-Səmariyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Səudiyyə rəsmisi səfir Mütəllim Mirzəyevi öz vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində sıx əməkdaşlığa hazır olduqlarını ifadə edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [11:46]
ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]