Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
Minsk, 21 avqust, AZƏRTAC
Avqustun 21-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin dəvəti ilə Minskə səfəri başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 24-dək davam edəcək səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə olunacaq, işbirliyinin inkişafı üçün perspektivli sahələr müəyyənləşdiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk