Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü keçirilir.
Fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankarada isə (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]