AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 9-dan 13-dək İsveç Krallığının Sodertalye şəhərində “Hərbi İngilis dili” kursu, Almaniyanın Nürenberq şəhərində “Öldürücü qüvvəyə malik olmayan silahlar” üzrə konfrans, Oberammerqau şəhərində “Hava hücumundan müdafiə” üzrə kurs, fevralın 9-dan 20-dək isə Almaniyanın Qarmiş-Partenkirxen şəhərində “İngilis dili test mütəxəssisləri üçün seminar”, Latviyanın Riqa şəhərində “Qərargah zabitləri üçün hərbi terminologiya” kursu və fevralın 10-dan 12-dək Bolqarıstanın Varna şəhərində “Kooperativ partnyor-04” təliminin Əsas Planlaşdırma Konfransı keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]