AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 16-dan 17-dək Belçika Krallığının Brüssel şəhərində Mülki Müdafiə Komitəsinin iclası, fevralın 16-dan 27-dək Almaniyanın Valdröb şəhərində “İngilis dili müəllimləri üçün təlim seminarı”, Oberammerqau şəhərində “Avropada adi silahlara birgə nəzarət üzrə müfəttiş-müşayiətçi kursu”, Türkiyənin Ankara şəhərində “Silahlı münaqişələr hüququ” kursu, fevralın 16-dan martın 5-dək Sloveniyanın Lyubyana şəhərində “Qərargah zabitləri üçün ingilis dili kursu” və İsveç Krallığının Sodertalye şəhərində “Qərargah zabitləri üçün kurs” keçiriləcəkdir.
NATO ilə respublikamız arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]