Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən missiyada xidmətə başlayıblar
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zabitlərimiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.
Xatırladaq ki, keçən il noyabrın 30-da Milli Məclis Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında qərar qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]