Azərbaycan taekvondoçuları Tehrandan iki medalla qayıdırlar
Bakı, 19 fevral , AZƏRTAC
İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin Kuboku başa çatıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda G2 kateqoriyalı yarışda iki medal qazanıb.
Komandanın heyətində Taleh Süleymanov (87 kiloqram) gümüş, Ələsgər Əliyev (74 kiloqram) isə bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, analoji yarış fevralın 20-də parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi kubokda mübarizə aparacaq.