Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN
TEMATİK ƏLAVƏ

Heydər ƏLİYEV:

“Biz öz respublikamızı çətin vəziyyətdən çıxarmaq istəyirik. Çıxarırıq da. 1993-1995-ci illərdəki və 2001-ci ildəki vəziyyət arasında yerlə göy qədər fərq var”.

Azərbaycan iqtisadiyyatı yüksəlişdədir. Təkcə neft sektoru deyil, sənayenin başqa sahələri də dinamik inkişaf edir. Sabit artım bir çox amillərlə müəyyənləşir. Azərbaycan iqtisadiyyatın müxtəlif seqmentlərinin inkişafına yönəldilmiş düzgün xətt seçmişdir. Müvəffəqiyyət heç də təkcə bu amillə müəyyən edilmir. Son illər iqtisadiyyata rəhbərliyə gənc və praqmatik kadrlar gəlmişlər. Yaxşı təhsilli texnokratların bu nəsli ölkənin qarşısında duran bir çox problemlərə dərindən bələddirlər, onları necə həll etməyin yollarını bilirlər.

Bu gün biz Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirini, vergilər nazirini və Dövlət Gömrük Komitəsinin sədrini “İzvestiya”nın oxucularına təqdim edirik.

İqtisadi inkişaf naziri Fərhad ƏLİYEV:

BİZDƏ İŞLƏMƏK OLAR, LAZIMDIR, ÇÜNKİ SƏRFƏLİDİR

- Cənab nazir, Sizin nazirlik, sadəcə, iqtisadiyyat yox, İqtisadi İnkişaf Nazirliyi adlanır. Bu onu nəzərdə tutur ki, iqtisadiyyat var və iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Siz gələcəkdə Azərbaycan iqtisadiyyatının simasını, ilk növbədə iqtisadi strategiyanı necə görürsünüz?

- Çox yaxşı sualdır. Həqiqətən, Azərbaycanda iqtisadiyyat var, o, inkişaf edir, həm də uğurla inkişaf edir. Biz iri, orta və kiçik biznesin inkişafı üçün maksimum sərbəst şərait yaratmışıq. Sərmayələrin cəlb olunması üçün bundan sonra da etibarlı şərait yaradacağıq. Biz istehsal və ixrac etmək istəyirik. Keçid dövrünün məşəqqətlərindən xalqımızın mümkün qədər tez qurtarması üçün bütün şəraiti təmin etməliyik.

- Neft məmləkəti olan Azərbaycan birmənalı şəkildə bir çox öncül istiqamətlər üzrə iqtisadi inkişaf strategiyasını seçmişdir. Bu, o demək deyilmi ki, neftdən gözlənilən gəlirlər özünü doğrultmur və buna görə də ölkə başqa yollar axtarmağa məcburdur?

- Azərbaycanın üzdə və arxada olan bədxahlarını məyus etmək istəyirəm: neft layihələri yenicə həyata keçirilməyə başlanır. Hər şey yüksələn xətt üzrə gedir və necə lazımdırsa, eləcə də gedəcəkdir. Bəli, biz neft ölkəsiyik, bu, bir həqiqətdir. Necə deyərlər, burada hər şey neftlə bağlıdır. Bəli, neft bizim üçün məqsəddir, amma həm də paralel surətdə digər sahələri - maşınqayırmanı, yüngül sənayeni, kimya və neft kimyası sənayesini inkişaf etdirmək üçün vasitədir. Son illər bizdə, məsələn, telekommunikasiya kimi yüksək texnologiyaya malik sahələrə vəsait qoymaq imkanı yaranmışdır.

- Prezidentin Fərmanı ilə Neft Fondu yaradılmışdır və biz artıq burada təxminən yarım milyard dollar toplaya bilmişik. Özü də, bu yalnız başlanğıcdır. Fond iqtisadiyyatın digər sahələrinin kreditlə dəstəklənməsi üçün, o cümlədən kiçik və orta biznesə yardım üçün təşkil olunmuşdur.

- Yaxın on ildə ölkəni inkişafın yeni keyfiyyət səviyyəsinə çıxarmaq realdırmı? Azərbaycan Prezidenti qarşıya belə vəzifə qoymuşdur. Bu, qarşıya birinci növbəli və uzunmüddətli məqsədlər qoyulmasını tələb edir. Üstəlik, hökumətin xalq qarşısında sosial öhdəlikləri qalır. Siz bu halı nəzərə alırsınızmı?

- Bilirsinizmi, insanların həyat səviyyəsinin yüksəldilməsi və yoxsulluğu azaltmaq problemi - bunlar bizim üçün həqiqətən əsas məqsədlərdir. Bundan ötrü iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı əsasında iqtisadi artımın yüksək sürətini dəstəkləmək gərəkdir. Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası məhz bu məqsədləri güdür. Biz hesablamaları əsaslı surətdə və məsuliyyətlə aparırıq. Biz MK qarşısında deyil, xalq qarşısında hesabat verməliyik.

- Siz iqtisadiyyata dərindən bələdsiniz, üstəlik, “oyunun bütün qaydaları”nı həm də bir biznesmen kimi öz üzərinizdə hiss etmisiniz. Siz iqtisadiyyatda bugünkü vəziyyəti necə qiymətləndirirsiniz?

- Ola bilsin, artıq bəziləri 90-cı illərin əvvəllərində, məsələn, 1993-cü ildə ölkənin nə vəziyyətdə olduğunu unutmuşlar. Olmazın çətinliklər vardı. Çörək də çatışmırdı, yox idi. Nə əhalidə pul vardı, nə də dövlətdə. Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Başlanmış genişmiqyaslı islahatlar Azərbaycana addım-addım ayağa qalxmağa imkan verdi. Nəticədə biz keçid iqtisadiyyatı mərhələsində olan ölkələr arasında yüksək sürətli iqtisadi artıma, ÜDM strukturunda böyük həcmdə sərmayələrə malik olan və iqtisadiyyatın yüksək dərəcədə sərbəstləşdirildiyi ölkələr sırasına çıxdıq. Bu müddət ərzində vergi və gömrük məcəllələri, bir sıra digər qanunvericilik aktları qəbul edilmişdir. Onlar sərbəst və səmərəli işləməyə imkan verir. İndi biz yaxşı maliyyə ehtiyatlarına malikik - Neft Fondu ilə yanaşı, Milli Bankda da xeyli dövlət ehtiyatları toplanmışdır.

Son altı ildə ÜDM-nin real artımı 40 faizdən artıq olmuş, 90-cı illərin əvvəllərində müşahidə edilən ifrat inflyasiyanın, əslində, qarşısı alınmış, - hazırda inflyasiya ildə 1-2 faiz təşkil edir, - milli valyutanın məzənnəsi sabitləşmişdir, indi onun devalvasiyası ildə təxminən 2-3 faizdir. 1995-ci ildən 2001-ci ilin sonunadək olan dövrdə xarici sərmayələrin ümumi həcmi 6,8 milyard dollar təşkil etmiş, əhalinin həyat səviyyəsi ilə 2,5 dəfə yüksəlmişdir. 2001-ci ilin yekunlarına görə, ÜDM-nin həcmi əvvəlki ildəkinə nisbətən 9,9 faiz artmış, sərmayələrin həcmi isə 1,6 milyard dollar olmuşdur. ÜDM-də qeyri-dövlət sektorunun payı 71 faiz təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə olunur.

- Azərbaycanda ya biznes çox yaxşı inkişaf etmişdir, ya da elə yaxşı biznesmenlər var ki, Azərbaycanın özünün çərçivəsi onlar üçün artıq darlıq edir. Onlar, məsələn, Rusiyada, hər yerdə, bütün regionlarda fəaliyyət göstərirlər. Bu fenomeni necə izah etmək olar?

- Mən sizə belə deyəcəyəm: onlar yaxşı biznesmenlərdir. Bunu etiraf etmək lazımdır. Bu, bizim qanımızdadır. Azərbaycan biznesmenləri Rusiyaya cibi böş gəlmirlər. Bu isə məhz onu göstərir ki, Azərbaycanda biznesdə vəziyyət, sərmayə mühitində vəziyyət çox yaxşıdır. Pul qazanmaq mümkündür. Niyə? Ona görə ki, ölkədə siyasi sabitlik var, ölkədə makroiqtisadi sabitlik var. 1994-cü ilin göstəricilərinə diqqət yetirin: 1600 faiz inflyasiya, ifrat inflyasiya! Dalbadal son beş ildə isə inflyasiya ildə 2 faizdən çox olmur. Ötən il inflyasiya 1,3 faiz təşkil etmişdir. Büdcə kəsiri ÜDM-in təxminən 1-2 faizi qədərdir.

Biz 1,6 milyard dollar xarici sərmayə cəlb edə bilmişik. Bank reytinqimizi də yaxşılaşdırmışıq - yeddinci pillədə idik, altıncı pilləyə qalxdıq. Bununla da, İqtisadi ƏməkdaşlıqTəşkilatının ekspertləri ölkəmizdə sərmayə qoyuluşu mühitinin yaxşılaşdığını təsdiqləmişlər. Yeri gəlmişkən, Rusiya, Qazaxıstan, Türkiyə kimi ölkələr və digərləri də bu qiymətə layiq görülmüşlər.

- Siz gözəl fikir söylədiniz: qeyri-neft sektorunun inkişafı əsasında iqtisadi artım. Nəyi nəzərdə tutursunuz?

- Sənayenin qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsinin aşağıdakı öncül istiqamətləri seçilmişdir. Biz maşınqayırma və kimya sahələrinin superfosfat, sintetik kauçuk, polietilen, plastik kütlə, texniki rezin, kondisioner, soyuducu, elektrik məişət cihazları kimi və digər məhsul və məmulatlarının buraxılışını dirçəltmək istəyirik.

Biz yüksək texnologiyaya malik avadanlıq - kompüterlər, mobil telefonlar, ofis avadanlığı, radioelektronika məmulatı, xüsusi rabitə vasitələri istehsalı sahəsində əcnəbi sərmayəçilərlə əməkdaşlıq etmək istərdik. Bundan ötrü bizdə bütün lazımi infrastruktur və kadr ehtiyatı var.

Sərmayəçilər üçün kənd təsərrüfatında da böyük imkanlar mövcuddur. Məlumdur ki, ölkəmiz kənd təsərrüfatının tütünçülük, pambıqçılıq, çayçılıq, qoyunçuluq, quşçuluq kimi sahələrində ixtisaslaşmışdır. Mən hələ üzümçülük və şərabçılıq ənənələrini demirəm. Biz zeytun bağları da salmaq istəyirik.

- Rusiyanın və Azərbaycanın iqtisadi sistemi - onlar nə dərəcədə uyğundur, bir-birini nə dərəcədə tamalayır?

- Onlar bir-biri ilə bağlıdır. Hazırda Rusiya bizim ticarət tərəfdaşları arasında Amerikadan sonra ikinci yer tutur. İş elə gətirmişdir ki, biz daha çox neft və neft məhsulları ixrac edirdik, neft məhsullarını nəzərə almasaq, görərik ki, xarici ticarətimizdə Rusiya birinci yerdədir, birinci ticarət tərəfdaşımızdır. SSRİ dağıldıqdan sonra 122 ölkə ilə ticarət münasibətləri yaratmışıq. Hətta buna baxmayaraq, bizim ticarət dövriyyəmizdə Rusiyanın sanballı yeri var.

Dünya Bankının hesablamalarına görə, yaxın beş ildə Azərbaycan iqtisadiyyatına, demək olar, 14 milyard dollar, yaxud ildə təxminən 2 milyard dollar, birbaşa xarici sərmayə qoyulacaqdır. Elə onların hesablamalarına görə, XX1 əsrin artıq tlk illərində Azərbaycanda ÜDM-in həcmi indiki səviyyə ilə müqayisədə iki dəfə artacaqdır. Bu, bizi sevindirir. Ona görə də biz əhalinin yüksək həyat səviyyəsinin qısa müddətdə təmin olunması üçün daha iti sürətlə inkişaf etmək niyyətindəyik. Bu vəzifələrin həyata keçirilməsində Rusiya sərmayəçilərini yanımızda görməyə çox ümid bəsləyirik.

- Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olmaq istəyir. Bu, nə vaxt baş verə bilər?

- Hesab edirik ki, Azərbaycan yaxın illərdə DTT-yə tam hüquqlu üzv kimi qəbul olunacaqdır. 1997-ci ildə biz müşahidəçi statusu almışıq. İndi ölkəmiz bu təşkilatın işçi qrupu ilə danışıqlara hazırlaşır. Bu məsələdə bizi bir çox ölkələr, o çümlədən də ABŞ dəstəkləyirlər. Biz müvafiq sənədlərin hazırlanmasında ABŞ mütəxxəssisləri ilə sıx işləyirik.

Vergilər naziri Fazil MƏMMƏDOV:

VERGİLƏRİ ÖDƏMƏK ÖZ ÖLKƏSİNİ SEVMƏK DEMƏKDİR

- Cənab nazir, Siz özünüzü vergi ödəyicisi, yoxsa vergiyığan hesab edirsiniz?

- Nazir işləyən vergi ödəyicisi. Nazir olaraq, mən özümə və başqalarına müvafiq şəkildə yanaşıram. Hamı kimi, mən də vergi ödəyirəm.

- Vergilər iqtisadiyyatın real vəziyyətini əks etdirir, bu, iqtisadiyyatın aynasıdır. Sizin fikrinizcə, mövcud vergi sistemi səmərəlidirmi?

- Mən sizi başa düşdüm. Vergilər büdcə deməkdir. Büdcə nəticədir. İqtisadiyyatda nə baş verirsə, onların hamısının nəticəsidir. 1996-cı və 1997-ci illərdən başlayaraq, ümumi daxili məhsul hər il 8-10 faiz artmışdır. Vergi daxilolmaları isə 20-25 faiz çoxalmışdır. Hesab edirəm ki, bizim vergi sistemi ən liberal və səmərəli sistemlərdən biridir.

- Bəs bu sistem nədən ibarətdir? O, hansı prinsip üzrə qurulmuşdur?

- Vergi sistemi iqtisadi sistemin bir hissəsidir. İlk növbədə çox dəqiq və güclü qanunvericilik bazası olmalıdır. Ən birincisi budur. Bizdə artıq belə bir baza var. Vergi Məcəlləsi qəbul edilmişdir. Biz onu hazırlayarkən bir çox ölkələrin təcrübəsini nəzərə almışıq. İndi biz bütün beynəlxalq standartlara uyğun olan dəqiq qanunvericilik bazasına malikik. Kadrların hazırlanması və yenidən təlim keçməsi bu gün bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Planlı iqtisadiyyat tarixdə qalmışdır, bazar iqtisadiyyatı isə inkişafdadır və özünə ciddi münasibət göstərilməsini tələb edir. Nazirliyin təlim mərkəzini yaratmışıq. Dövlət İqtisad Universitetində vergi məsələləri kafedrası açmışıq. Orada peşəkar vergi əməkdaşları, işçiləri, təkcə maliyyəçilər deyil, iqtisadçılar deyil, statistiklər deyil, məhz peşəkar vergi xidməti əməkdaşları buraxılacaqdır.

İkinci istiqamət odur ki, biz adamlara vergiödəmə mədəniyyətini öyrətməliyik. Bu isə az əhəmiyyətli yox, çox mühüm məsələdir. Vergi yığılmamlıdır, vergi ödənilməlidir. Məcburən deyil, sadə bir həqiqəti başa düşərək ödəmək lazımdır ki, bu, ölkəyə gərəkdir, ölkəyə faydalıdır, bizim hamımıza gərəkdir. Biz isə, sadəcə, nəzarət etməli, uçot aparmalıyıq.

- Statistikaya görə Azərbaycanda orta vergi ödəyicisi kimdir? Onun hansısa milli xüsusiyyətləri varmı? O, başqa ölkələrin vergi ödəyicisindən fərqlənirmi?

- Vergi ödəyiciləri bir-birilərinə oxşayırlar. Deyərdim ki, onları yalnız hüquqi hazırlıq dərəcəsi fərqləndirir. Əlbəttə, Avropa ölkələrinin əhalisi vergiləri ödəyərkən özlərinin vasvasılığı ilə seçilirlər - onlar vergi ödəməyi öyrənmişlər.

- Onları buna ilk növbədə öyrətmişlər...

- Razıyam. Biz də bu istiqamətdə işləyirik. Həftədə bir dəfə televiziyada bütün vergi məsələlərinə həsr edilmiş yarımsaatlıq veriliş gedir. “Vergilər” adlı qəzet də nəşr edirik. Vergi ödəyicisinə aid olan son məlumatların hamısı orada öz əksini tapır.

Biz mətbuat xidməti ilə yanaşı, hər bir strukturumuzda vergi ödəyiciləri ilə iş şöbəsi və informasiya şöbəsi yaratmışıq, brinfinqlər, vergi ödəyiciləri ilə görüşlər keçirir, onları bir yerə toplayıb bu və ya digər məsələləri izah edirlər.

- İşə belə yanaşılması özünü doğruldurmu?

- Sözsüz ki, doğruldur. İstəyirəm ki, insanlar başa düşsünlər: vergini ödəmək vətəndaşlıq borcudur, bu, vətənpərvərlikdir. Mənim devizim

belədir: əgər ölkəni sevirsənsə, vergini ödə! Biz hüquq mədəniyyətini bax bu səviyyəyə qaldırmaq istəyirik. Biz bunu uşaqlara üçüncü sinifdən öyrətməyə başlamışıq. Beşinci sinif şagirdləri üçün daha mürəkkəb kitablar buraxırıq. 6-8-ci siniflərin şagirdləri üçün iki kitab hazırlanmışdır. Bakalavr səviyyəsində oxuyanlar üçün də tədris vəsaiti var. Dəqiq bilirik ki, biz bu gün-sabah səmərə əldə etməyəcəyik, on ildən sonra isə uşaq məktəbi qurtaranda artıq zəruri şeyləri biləcəkdir. Bunu dəqiq bilirik ki, on ildən sonra müştərilərimizlə işləmək bizim üçün asan olacaqdır.

Vergi gəlirləri (milyon ABŞ dolları ilə): 1996-cı il - 382,4; 2011-ci il - 622,3. O cümlədən dövlət sektoru üzrə: 1996-cı il - 321,5 (84,1 faiz); 2001-ci il - 379,4 (60,1 faiz). Qeyri-dövlət sektoru üzrə: 1996-cı il - 60,9 (15,9 faiz); 2001-ci il - 242,9 (39,8 faiz).

Büdcə gəlirlərində vergilərin xüsusi çəkisi (milyon ABŞ dolları ilə). Büdcə gəlirləri: 1996-ci il - 579,2; 2001-ci il - 640,7. Vergi daxilolmalarının xüsusi çəkisi: 1996-cı il - 66,0 faiz; 2001-ci il - 74,0 faiz.

Vergi ödəyicilərinin sayı: 92 468 (o cümlədən xarici kapitalı olanlar). Onlardan: hüquqi şəxslər - 29 218; fiziki şəxslər - 63 250.

- Rusiyada elə bir mürəkkəb deklarasiya sistemi yaratmışlar ki, ondan heç kim, hətta ali təhsilli peşəkar adamlar da baş çıxara bilmirlər. Siz hansı yolla gedirsiniz?

- Ümumiyyətlə, bizdə hamının doldurması üçün ümummilli deklarasiya yoxdur. Bizdə deklarasiyanı biznesmenlər və dövlət qulluqçuları doldururlar.

- Vergi nəzarətinin hansı variantı üstün tutulur?

- Əlbəttə, nəzarətsiz ötüşmək olmaz. Mən bir daha vurğulamaq istəyirəm: nəzarət işimizin alqoritminin üçüncü tərkib hissəsidir. Axı, hər şey - işçilərin, əməkdaşların öyrədilməsi, əhalinin öyrədilməsi və vergi nəzarəti qarşılıqlı surətdə bağlıdır. Vergi mədəniyyəti nə qədər qaldırılarsa, nəzarət bir o qədər azalacaqdır. Bax, belə olacaqdır. Bir misal çəkim. 1998-ci ildə biz təxminən 9 min müəssisədə valyuta yoxlaması keçirdik. 2000-ci ildə isə cəmi 2600 müəssisə yoxlanmışdır.

- Bu, nə ilə izah edilir?

- Nazirliyin mövqeyi belədir: adamları yoxlamalarla təngə gətirmək lazım deyildir. Yoxlamaların sayını azaltmaq gərəkdir. Bizdə tam dolğun informasiya var. Hər şey bizim diqqət mərkəzimizdədir. Vergini yumruqla deyil, ağılla toplamağı bacarmaq lazımdır. Kimi yoxladığını bilmək də vacibdir. Yoxlama üçün əsas olmalıdır. Yeri gəlmişkən, sizə deyim ki, bizdə çox güclü məlumat bazası var. Biz, əslində, bütün əmtəə dövriyyəsinə nəzarət edirik.

- Son dövrün ən çox səs-küyə səbəb olmuş vergi cinayəti?

- Bu, ABA teleşirkəti ilə bağlı hadisədir. Onun üç əməkdaşı həbs edilmişdir. Artıq məhkəmə gedir. Şirkətin prezidenti qaçıb aradan çıxmışdır. İndi interpol onu axtarır.

- Bu gün Azərbaycanda vergi dərəcələri necədir? Onlar sərmayələr üçün nə dərəcədə cəlbedicidir. Bu baxımdan əcnəbi sərmayəçilərlə sizin nazirlik arasında münasibətlər necədir?

- Bizdə normal vergi dərəcələri var. Əlavə dəyər vergisi 18 faizdir. Üç il əvvəl isə 25 faiz idi. Mənfəət vergisi 27 faizdir. Əvvəllər 35 faiz idi. Ən başlıcası budur ki, bizdə kənd təsərrüfatı beş il müddətinə vergilərdən tamam azad edilmişdi.

- Bir çox Azərbaycan sahibkarları Azərbaycanın rezidentləri kimi qalaraq Rusiya bazarında işləyirlər. Onlarla bağlı hər hansı problemlər yaranırmı?

- Məndə belə faktlar haqqında məlumat yoxdur. Rusiyanın vergi xidməti ilə bizim aramızda çox yaxşı münasibətlər var. Qarşılıqlı yardım haqqında saziş səmərəli işləyir.

- Vergi Məcəlləsində vergi ödəyicilərinin mənafe və hüquqlarını bu və ya digər dərəcədə qoruyan yüzdən artıq maddə var. Siz onları rəhbər tutursunuzmu?

- İlk növbədə. Bir misal çəkim. Əgər mənim əməkdaşlarım yoxlama aparmağa hazırlaşırlarsa, onlar vergi ödəyicisini bu barədə xəbərdar etməyə borcludurlar - özü də 15 gün əvvəl. Bunu ölkənin Vergi Məcəlləsi tələb edir. Digər hallarda - qeyri-adi hallarda isə yoxlama aparmaq üçün məhkəmənin qərarı tələb olunur. Belə məhdudiyyətlər bizi qorxutmur. Biz hüquqi məkanda işləməyi öyrənirik.

Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin HEYDƏROV:

BİZ DÖVLƏTİMİZİN MƏNAFELƏRİNİ HƏMİŞƏ QORUYACAĞIQ

- Cənab sədr, ilk sual sadə və mürəkkəbdir: bu gün Azərbaycan gömrüyü kimlərin “üzünə xoş baxır”?

- O kəslərin ki, onlar vicdanla işləyir, Azərbaycanın qanunlarına və öz ölkəsinin də qanunlarına hörmət edirlər.

- Bu, kifayətdir?

- Tamamilə. Biz belə adamlara hörmət edirik. Fırıldaqçıların zəmanəsi ötüb keçmişdir, onu Xəzər dənizinin əbədi dalğaları yuyub aparmışdır.

- Şərqsayağı yaxşı deyilmişdir!

- Məsələ bunda deyildir. Dövlət maraqları həmişə mövcud olmalıdır, o ki qaldı poetik xəyallara, bunu teatr səhnələri üçün saxlayaq.

- Siz, deyəsən, sərt təbiətli rəhbərsiniz?

- Həyat vadar etmişdir. Gömrük dövlətçiliyin əsas atributlarından biridir. O, dövlətə bir çox iqtisadi proseslərə ciddi şəkildə və qətiyyətlə təsir göstərməyə imkan verən səmərəli vasitədir. Biz gənc müstəqil dövlətik, ölkənin mənafelərini qorumaq məsələləri gündəlik qayğımızdır.

- Müstəqilliyin ilk illərində bu məsələdə çox böyük problemlər vardı və gömrüyün fəaliyyətindən dövlət büdcəsinə mədaxillər gülünc doğuran faizlərə bərabər idi. Sonra mədaxillər kəskin surətdə artmağa başladı. Bu, nə ilə izah edilir? Nə dəyişmişdir? Oyun qaydaları ciddi şəkildə sərtləşdirildi, yoxsa hansısa digər dövlət tədbirləri görüldü?

- Çox yaxşı və vacib sualdır. 1992-ci ilin yanvarında bizim müstəqil gömrük xidməti yaradıldı. Azərbaycanda ictimai-siyasi vəziyyət çox böhranlı idi. Bir tərəfdən, erməni qoşunlarının Azərbaycana təcavüzü, onlar ərazimizin 20 faizini işğal etmişlər, Qarabağ problemi, digər tərəfdən isə, ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi. Demək olar, hər şey məhv edilmişdi, satılıb-sovulmuşdu. Keçmiş SSRİ-nin anbarlarında xammal və bütün ehtiyatlar uçotsuz qalmışdı. Ölkə başlı-başına qalmışdı, dərəbəylik idi. Sərhədlər açıq idi, heç bir nəzarət yox idi...

Azərbaycanda iqtisadiyyatın dirçəlməsi və inkişafı yalnız xalq Heydər Əliyevi ölkəni xilas etməyə çağırdıqdan sonra başladı. Bununla yanaşı, gömrük orqanları da inkişaf etməyə başladı. 1995-ci ilin yanvarında Prezident gömrük orqanları ilə əlaqədar böyük bir müşavirə keçirdi və demək olar, bütün rəhbərliyi dəyişdirdi. Cənab Prezident məni, sonra da müavinlərimi təyin etdi.

- Siz gömrük orqanlarının təşkilinə nədən başladınız?

- Düzünü deyim? Biz əvvəlcə geriyə baxmağa başladıq. Başa düşürəm, bu ifadə təəccüblü görünə bilər. Amma o, mənaca dəqiqdir. Daha nə qalırdı? SSRİ-nin süqutundan sonra baş vermiş bütün hadisələri, Azərbaycanın gömrük orqanlarının nə kimi səhvlər buraxdığını araşdırmaq qalırdı. Biz nədən başladıq? Kadrlardan. Bu, birincisi. İkincisi isə, qayda-qanun yaratmaqdan.

Mən buraya gələndən sonra bütün şəxsi işlərlə tanış oldum. Bir görün, nələr məlum oldu: kimi istəyirdilər, onu da gömrükçü kimi işə götürürdülər - orada aptekçi də, ictimai iaşədən olan aşpaz da, hətta musiqiçilər də vardı. Nəticədə mən min iki yüz adamı vəzifəsindən azad etməli oldum. Təkcə ilk il yarımda attestasiyanın nəticələrinə görə 600 adam vəzifələrinə uyğun gəlməyən hesab edildi. Biz attestasiyanı test üsulu ilə aparırıq, yəni attestasiya komissiyasının üzvlərindən heç kim heç kəsə kömək edə bilməz, təbii ki, komissiyanın rəyi ilə sədr də razılaşmaya bilməz. Biz hələ SSRİ dövründən gömrük orqanlarında işləmiş gömrükçülərin təcrübəsindən bəhrələndik. Yeri gəlmişkən, onlardan bəziləri indi pensiyaya çıxmışdır, lakin biz onları buraxmadıq, təlim mərkəzində müəllim təyin etmişik.

- Sizdə gömrükçülər hazırlayan təlim mərkəzi varmı?

- Var. Hər bir gömrükçü, hətta stajlı əməkdaşlar da dördaylıq kurs keçməlidirlər. Bundan əlavə, onlar Rusiyanın, Türkiyənin, bəzi Avropa ölkələrinin gömrük orqanlarında staj keçirlər. Sizin qəzetiniz vasitəsilə Rusiya Gömrük Komitəsinin rəhbərliyinə, Rusiya Gömrük Akademiyasının rəhbərliyinə təşəkkür etmək istəyirəm - onlar 1995-ci ildən başlayaraq mənim müraciətlərimə çox böyük hörmətlə yanaşmışlar və hər il Azərbaycandan 6-7 nəfər üçün pulsuz kvota ayırırlar. Bu, çox vacibdir. Rusiyanın gömrük orqanlarına Azərbaycanın Gömrük Məcəlləsinin hazırlanmasında köməyə görə də təşəkkür edirəm, çünki bu məcəllə MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları üzrə işlənib hazırlanmışdır.

1994-cü ildə gömrük orqanları büdcəyə 17 milyard 399 milyon manat köçürmüşdülər ki, bu da büdcənin gəlir hissəsinin 3,2 faizini təşkil edirdi. 2001-ci ildə həmin göstəricilər belə olmuşdur: 822 milyard 200 milyon manat, yaxud 21,1 faiz.

2001-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində Rusiya Federasiyasının xüsusi çəkisi belə olmuşdur: idxal üzrə - 10,7 faiz (2-ci yer), ixrac üzrə - 3,30 faiz (5-ci yer).

- Qaçaqmalçılıq olmasaydı, gömrük qara qəpiyə dəyməzdi. Bu gün Azərbaycandan qanunsuz yolla nə aparmağa çalışırlar?

- Hazırda Azərbaycandan malların ixracı üçün vergi tutulmur. Ona görə də, kürü və balıq məmulatından savayı, bizdən ixrac üçün qaçaqmalçılıq əslində yoxdur.

- Müasir Azərbaycan gömrüyünün əməkdaşları hansı tələblərə cavab verməlidir?

- Bizə öz vətənini sevən, toplanılan pulların büdcəyə getdiyini başa düşən əməkdaşlar gərəkdir. Toplanılan pullar isə müəllimlərin də, incəsənət xadimlərinin də əmək haqqı almasına köməkdir, bu, həm də pensiyadır, təqaüddür...

- Bununla əlaqədar belə bir sual: son illər ölkənin büdcəsinə gömrükdən daxilolmaların statistikası necədir?

- 1995-ci ildə bu rəqəm təxminən 3 faizdən 6 faizə qədər olmuşdur. İndi isə 21-24 faizdir.

- Azərbaycanın indiki gömrük qanunvericiliyində ən prinsipial cəhətləri göstərin.

- Birincisi. Bizdə bütün ixrac rüsumları ləğv edilmişdir. 1994-cü ildə neftin ixracı üçün vergi ləğv olunmuşdur. 1997-ci ildə isə ümumiyyətlə bütün ixrac vergiləri götürülmüşdür. İkincisi. Hələlik qida məhsulları, tütün məmulatı, alkoqollu içkilər, pivə, mebel və sair üçün idxal rüsumları mövcuddur.

O ki qaldı Azərbaycan-Rusiya münasibətlərinə, prezidentlərimizin görüşləri zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir çox məsələlər həll edilmişdir. Hökumətlərarası sazişə əsasən bütün gömrük rüsumları ləğv edilmişdir. Nəticədə Rusiyadan qaçaqmalçılığın həcmi azalmış, əmtəə dövriyyəsi isə artmışdır.

- Cənab sədr, gömrük və hüquq-mühafizə orqanı çox mühüm maliyyə-iqtisadi vasitədir. İnkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatı üçün indi hansı funksiyalar daha vacibdir?

- Vəzifəmiz hər şeyi bilməkdən, mane olmamaqdan, həvəsləndirməkdən və lazım gələn yerdə qanunsuzluğun qarşısını almaqdan ibarətdir. İqtisadiyyatımız yüksəlişdədir. Dövlət nə qədər çox keyfiyyətli məhsul istehsal edirsə və ölkədən kənarda nə qədər çox mal satırsa, bir o qədər yaxşıdır. Dövlət gömrük rüsumları, tarifləri vasitəsilə iqtisadi proseslərə təsir göstərmək üçün real imkana malikdir. Bu mənada gömrük Azərbaycanda iqtisadi vəziyyətin yaxşılaşmasına, ölkə sənayesinin dirçəlməsinə kömək edəcəkdir.

Ötən il bizdə gömrük tariflərinin yeni dərəcələri tətbiq olunmuşdur, hərçənd bəzi beynəlxalq təşkilatlar bununla razı deyildilər. Lakin biz milli istehsalçının, milli sənayenin müdafiəsi üçün hər halda buna getdik.

Başqa ölkələrdə - Avropada da, Amerikada da -gömrük orqanlarından büdcəyə gəlirlər maksimum 1 faizdir. Məsələn, ABŞ-da təxminən 1,3 faiz təşkil edir. Nə ücün? Çünki öz istehsalçılarına imkan yaradırlar ki, onlar istehsal və ixrac etsinlər. Təbiətdə mövcud olan 11 iqlim zonasının 9-u Azərbaycanda var. Bizdə sitrus meyvələri də, subtropik meyvələr də, başqa məhsullar da yetişir, bizdə neft, qızıl, - doğrudur, onu hələlik hasil etmirik, - mis, molibden, kürü, nərə balığı, digər növ balıqlar, kənd təsərrüfatı məhsulları, bostan bitkiləri, faraş tərəvəz də var. Nə üçün biz buna görə əzab-əziyyət çəkməliyik? Biz əzab-əziyyət çəkməməliyik, əksinə, öz məhsulumuzu üzə cıxarmalıyıq.

- Rusiya ilə Azərbaycan arasında gömrük qaydalarının müəyyən dərəcədə zəiflədiləcəyi gözlənilirmi?

- Biz rusiyalı həmkarlarımızla bir çox fəaliyyət istiqamətlərində əməkdaşlıq edirik. Yeri gəlmişkən, Azərbaycanın və Rusiyanın gömrük idarələri arasında ikitərəfli müqavilə hazırlanır. İqtisadiyyatlarımız bir-birini tamamlayır, qarşılıqlı surətdə bağlıdır, ona görə də bir-birimizə necə kömək etmək yollarını tapacağıq. İki ölkənin prezidentləri sayəsində işlərimiz canlanmışdır, biz böyük ümidlə irəliyə doğru gedirik. Adamlarımız, biznesmenlərimiz, sərmayəçilərimiz nəinki Rusiya sərmayəçilərinin Azərbaycana gəlməsini, həm də özləri Rusiyaya sərmayə qoymaq istəyirlər. Mən əminəm: ikitərəfli dostcasına, qardaşcasına əməkdaşlığımız möhkəmlənəcəkdir.

SƏRVƏT VƏ HAKİMİYYƏT HƏRİSLƏRİ

Müxalifət müxtəlif cür olur. Demokratik sistemin

sabit olduğu ölkələrdə müxalifət konstruktiv və qurucudur.

Partiyalar və partiya maraqları var. Ayrı-ayrı siyasətçilər

arasında maraqların toqquşması halları var. Lakin

dövlətin mövcudluğunun əsaslarını sarsıtmaq üçün

siyasi mübarizə hələ heç vaxt belə gərginləşməmişdir.

Son illər postsovet məkanında tamam başqa bir

mənzərəni müşahidə etmək olardı. “Yeni dalğa”nın

gətirdiyi siyasətçilərin şəxsi iddiaları, hədsiz hakimiyyət

hərisliyi vətəndaş sülhünü və gənc

müstəqil dövlətlərin sabit inkişafını sarsıtmışdır. Başqa

hallarda isə belə siyasi xadimlər müstəqillik əldə etmiş

ölkələrdə özlərinin davranışı ilə hakimiyyətin nüfuzuna

əməlli-başlı xələl gətirmişlər.

Faktlar üçün uzağa getmək lazım deyildir.

Adamların başını əvvəlcə pul, sonra hakimiyyət və lap axırda isə hər ikisi gicəlləndirir. SSRİ-nin süqutundan sonrakı on ildə siyasət meydanında nə qədər Napoleon ədalı personajlar, nə qədər “millət xilaskarları”, nə qədər xalqın dərd-sərinin və arzu-istəklərinin biliciləri peyda olmuşlar! Bir şey təskinlik verir: bəziləri daha yoxdur, olanlar isə uzaqlardadır.

Belə bir mənzərə hələ bu yaxınlaradək Rusiya üçün səciyyəvi idi, belə hal nə Qazaxıstandan, nə Ukraynadan, nə də Azərbaycandan yan keçmişdir...Orada da, burada da simalar, əslində, müxtəlif olmuşlar, amma onları bir şey - hakimiyyət və pul hərisliyi birləşdirirdi.

Qazaxıstanda - sabiq baş nazir, vətənində əmlakı müsadirə edilməklə 10 həbs cəzası kəsilmiş Akejan Kajegeldin. İndi xaricdə gizlənir.

Ukraynada -baş nazir vəzifəsində var-dövlət toplamış Pavel Lazarenko. O da prezidentə meydan oxumuş, sonra da qaçıb aradan çıxmış, axırda da Kaliforniyada həbsxanaya düşmüşdür.

Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev də qaçıb aradan çıxmışdır. Neftlə bağlı böyük fırıldaqlar nəticəsində pozğunlaşan bu adam da şəriksiz hakimiyyətə nail olmaq istəyirdi. O da əcdadlarının vətəninə qayıtmağa tələsmir. Onu cinayətlərinə görə məhkəmə gözləyir.

Siyasətdə avantürzm, hərki-hərkilik dar düşüncəli adamlara, vicdanı ləkəli adamlara xasdır. Həmin üç qəhrəmandan heç olmasa birinin timsalında insanın nə üçün mənəvi düşgünlüyə doğru getdiyini, nə üçün xəyanət, satqınlıq və məkrlik yolu seçdiyini görmək olar.

Bu baxımdan Rəsul Quliyevin portreti daha bariz nümunədir.

Onun siyasi portreti hesab əməli kimi sadədir. Bir vaxtlar o, Bakıda əsas dövlət neftayırma birliyinə baçılıq etmişdir. Qızıl benzin axını onu böyük qanunsuz əməllərə sövq etmişdir. Hər şey çox sadə təşkil olunmuşdu: neft məhsullarının emalı və satışı haqqında müqavilələr bağlanarkən maliyyə gəlirinin əksər hissəsini dövlətə qaytarmırdı. Istintaqın üzə cıxardığı kimi, bir sıra ixrac müqavilələrindən əldə olunan gəliri xaricdə müxtəlif hesablarda, o cümlədən də öz adına açdığı hesablarda gizlədirdi. Təbii ki, vergi də ödənilmirdi.

Quliyevin karyerası getdikcə artırdı. O, həmin illərdəki siyasi qarmaqarışıqlıqdan məharətlə istifadə etməyi də, siyasi konyukturaya uyğunlaşmağı da bacarırdı. Sonralar o, hökumətdə yüksək rəhbər vəzifələr tutdu. Qeyri-məhdud imkanlar ona geniş əl-qol açmaq və əslində, qorxub-çəkinmədən hərəkət etmək imkanı verdi. O, başına kifayət qədər çoxlu adam toplamışdı, onların arasında əcnəbi işbazlar da vardı. Dövlətin hesabına biznes sxemi belə qurulmuşdu. Neft məhsullarının aşağı qiymətə satılması və ixracı üçün xarici şirkətlərlə müqavilələr bağlanılırdı. Neft məhsullarının müqavilə qiyməti ilə real qiyməti arasındakı fərq on milyonlarla dollar təşkil edirdi. Aydındır ki, əldə olunmuş gəlir ölkənin büdcəsinə getmirdi. İstintaq orqanları müəyyənləşdirmişlər ki, həmin sxem üzrə qanunsuz əməliyyatlar Rusiya, ABŞ, Yunanıstan. Avstriya, Fransa və Belçikadan olan tərəfdaşlarla aparılırdı. Azərbaycana vurulmuş zərərin məbləği 75 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

Quliyev vaxtında qaçıb gizlənməyə müvəffəq oldu. Bəzi məlumatlara görə, o, vaxtının əksər hissəsini ABŞ-da keçirir, Trkiyədə, bir sıra Avropa ölkələrində, Rusiyada olur.

Onun barəsində beynəlxalq axtarış elan edilmişdir.

Hazırda Rəsul Quliyev özünü ən qızğın demokrat, vətənərvər və milli mənafelərin təəssübkeşi kimi qələmə verir. Amma, necə deyərlər, faktlardan qaçmaq olmaz. Onların çoxu hələ 1990-cı illərin əvəllərində açıqlanmışdır. Quliyevin tərəfdarları iddia edib deyirlər ki, onu siyasi mülahizələrə görə təqib edirlər, amma real faktlar bunun əksini göstərir.

Quliyevin siyasi reputasiyası daha şübhəli təsir bağışlayır. O, uzun müddət ərzində gah bu, gah da digər siyasi xadimlərin ətəyindən yapışmış, bir cəbhədən digərinə keçmişdir. Özünə Moskvada həyanlıq axtarır, lakin eyni zamanda Xalq Cəbhəsinin fəaliyyətini hər vasitə ilə dəstəkləyirdi. Bakının meydanlarında mitinq keçirənlərə məhz o kömək göstərirdi - onları yemək və əşyalarla təchiz edirdi.

Sonra o, hakimiyyətə qayıdan Heydər Əliyevin komandasına qoşuldu. Hakimiyyət strukturunda əhəmiyyətinə görə ikinci pilləyə - Milli Məclisin sədri vəzifəsinə qaxdı. Onun avantürizmi və siyasətdən baş çıxarmaması, əliəyriliyi burada özünü tam aşkarlığı ilə büruzə verdi. O, yenidən müxalifət düşərgəsinə keçərək, Prezidentin ən barışmaz tənqidçilərindən birinə çevrildi, iqtidara qarşı ən radikal əhval-ruhiyyəli Azərbaycan Demokrat Partiyasının həmsədri oldu.

İndiyədək müxalifət qüvvələri içərisində sabiq spiker Quliyevi və sabiq prezident Mütəllibovu guya “millətin birliyi naminə“ siyasət meydaına qaytarmaq tələbləri səslənir. Bəs Quliyev və Mütəllibov kimi xadimlər belə rola necə iddia edə bilərlər? Axı hələ də məhz onlar Azərbaycan dövlətçiliyini sarsıtmağa, ölkəni az qala parçalamağa çalışırlar. Lakin onların səyləri əbəsdir. Xalq Əliyevin və onun siyasətinin ətrafında getdikcə daha sıx birləşir. Xalqı öz arxasınca aparmaq üçün ən azı gərək mənəvi haqqın, qüsursuz nüfuzun olsun. Elə indiki müxalifətin də dünənki günün mənfur, öz siyasi hikkələrində və intriqalarında dolaşıb qalmış personajlarının qayıtmasını tələb etməyə heç bir mənəvi haqqı yoxdur. Onlara başqa ad verə bilməzsən. Xatırlatmağa dəyər: hələ bu yaxınlaradək elə həmin Quliyevi ən ağır günahlarda təqsirləndirən müxalifətin özü deyildimi? Mütəllibova qarşı çıxış edən də müxalifət deyildimi?

Sərvət və hakimiyyət hərisləri Quliyev və Mütəllibov müxalifətə nədənsə yenidən gərək olmuşlar. Prinsipcə, bu, hətta sual da deyildir. Bu, cavabdır.

O vaxtkı milli faciə fonunda Rəsul Quliyevin “qanlı biznes”lə məşğul olması barədə faktlar sənədlərlə təsiq edilmişdi. Lakin onda Azərbaycan cəmiyyətinin bir hissəsi və bəzi ziyalılar aşkar faktları qəbul etmək istəmirdilər. Həmin sənədləri dərc edən kütləvi informasiya vasitələrinin ünvanına, köhnə sovet əyyamında olduğu kimi, hiddətlə dolu cavablar yağdırılırdı. Budur, Quliyevin müdafiəsi üçün səciyyəvi, kommunist ruhunda yazılmış müraciət:

“Sənayemizin görkəmli rəhbərlərindən biri, Azərbaycan xalqının sədaqətli oğlu, respublika iqtisadiyyatının bayraqdarı, həmişə mədəniyyətimizin inkişafı qeydinə qalmış Rəsul Quliyevin ünvanına deyilən böhtanı biz ürək ağrısı ilə dinlədik”...

Azərbaycan Yazıçılar Birliyi,

Azərbaycan Teatr Xadimləri Birliyi,

Azərbaycan Rəssamlar İttifaqı.

Bu təşkilatların nümayəndələri indi həmin sənədi xatırlamaq belə istəmirlər. Bunun səbəbi aydındır. Zaman insanın gözünü çox şeyə açır. Odur ki, indiki halda mədəniyyət xadimlərini qınamaq olmaz. O məşum 1992-93-cü illərdə hamı eyforiyada idi və çoxları baş verən hadisələrin mahiyyətinə az varırdı. Kimlərsə milli mənafelər uğrunda ürəkdən mübarizə aparırdı, kimlərsə o vaxt canfəşanlıqla pul toplayrdı.

Həqiqətən də sərvət və hakimiyyət hərisləridir.

Postsovet məkanının ömrünü başa vuran fenomenləridir.

LAZARENKONU DEPUTAT SƏLAHİYYƏTLƏRİNDƏN

MƏHRUM ETDİLƏR

Ukrayna Ali Radası keçmiş baş nazir Pavel Lazarenkonun xalq deputatı səlahiyyətlərinin dayandırlmasına razılıq vermişdir.

Parlamentin qərarında sabiq baş nazir barədə “ittiham qüvvəyə minməsi” ilə əlaqədar P.Lazarenkonun deputat səlahiyyətlərinin dayandırılması təklif olunur. Bu halda Cenevrənin polis məhkəməsinin Lazarenkonu “qanunsuz pulların iki dəfə “qanuniləşdirilmiş” kimi cinayət əməli törətməkdə” müqəssir hesab etməsi nəzərdə tutulur. Məhkəmə “ABŞ-da ekstradisiya qaydasında tutulub saxlanması nəzərə alınmaqla” onun 1,5 il azadlıqdan məhrum edilməsi və bu cəzanın üç il sınaq müddəti müəyyən edilməklə şərti cəza ilə əvəz olunması barədə hökm çıxarmışdır.

Lazarenko 1999-cu ilin fevral ayından Amerikada həbsxanadadır. Ukraynada onu maliyyə fırıldaqlarında, ABŞ-da isə 1994-1999-cu illərdə qeyri-qanuni yolla əldə etdiyi və xarici bankların hesabına köçürdüyü 114 milyon dollar məbləğində pulu “qanuniləşdirildiyinə” görə ittiham olunur.

Ukrayna Baş prokurorluğu Donetskdə iş adamı Yevgeni Şerbanyanın, Kiyevdə isə banklararası valyuta birjasının birja komitəsinin sədri Vadim Getmanın qətlini təşkil edən deputatın adını da açıqlamışdır.

Şerbanıyanı ailə üzvləri ilə bir yerdə Donetsk hava limanında təyyarədən çıxanda güllələmişlər. “Qara paltarlı” adamların maşınlarla uçuş meydanına necə gəlmələri və maneəsiz aradan çıxmaları indiyədək qaranlıq qalmışdır.

Getmanı dəbdəbəli evinin qapısı ağzında qətlə yetirmişlər, halbuki mühafizəçiləri o həndəvərə heç kimi qoymurdular.

Bu qətlin açılması indi xüsusi əhəmiyyət daşıyır. Ukrayna müstəntiqləri nəticə çıxarmaqda səhv etməmişlər. Hər iki qətlin təşkilində sabiq baş nazir Pavel Lazarenko şübhəli şəxs hesab edilir. ABŞ cinayət məcəlləsi ilə Lazarenkoya qarşı irəli sürülən ittihamlar kifayətdir. Ukrayna Baş prokurorluğunun Pavel İvanoviçi həbs etmək üçün deputatların razılığını almasına ehtiyac yox idi, çünki o, deputat toxunulmazlığından çoxdan məhrum olunmuşdur. O, artıq qanundankənardır. Ukrayna Ali Radasının deputatları fevralın 5-də sabiq baş nazir Pavel Lazarenkonun xalq deputatı səlahiyyətlərindən məhrum olunması barədə qərar qəbul etmişlər.

HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ DOSYESİNDƏN

“Azərbaycan Respublikası prokurorluğuna, DİN-ə, MTN-ə

1991-ci ildə Sürixdə, İsveçrədə əldə edilmiş məlumata görə, BNZ-nın direktoru Rəsul Quliyevlə xarici şirkətlərdən birinin başçısı, milliyyətçə erməni olan Manusov arasında imzalanmış müqaviləyə əsasən, xaricə külli miqdarda Azərbaycan nefti satılmış və qeyri-qanuni olaraq böyük məbləğdə valyuta vəsaiti mənimsənilmişdir.

1992-ci ildə elə həmin adamlar arasında daha 2,5 min ton neft alqı-satqısı barədə müqavilə imzalanmışdır”.

Bu müraciət dərc olunduqdan sonra redaksiya müvafiq tədbirlər görməyi və nəticələri barədə redaksiyaya məlumat verməyi xahiş etmişdir. O zaman Azərbaycan ictimaiyyətini bəlkə də kommersiya sövdələşməsi faktının özü yox, bu faktın arxasında nə dayandığı və bütün bunların hansı fonda baş verməsi hiddətləndirmişdi. Quliyevin rəhbərlik etdiyi zavoddan minlərlə ton neft məhsulu Xocalı ermənilər tərəfindən tamamilə yandırılıb külə döndərildikdən sonra göndərilmişdi. Zavoddan neft göndərilməsini və onun Razdan dəmir yol stansiyasında qəbul edilməsini təsdiq edən sənədlər redaksiyaya təqdim olunmuşdur.

“Azərbaycan Respublikası MTN-ə ünvanlanmış və qəzetin 1992-ci il 20 mart tarixli nömrəsində dərc edilmiş sorğu ilə əlaqədar göstərilən faktların mahiyyəti üzrə bizdə olan məlumatları təqdim edirik.

Əlavə:

1. İrandan Ermənistana göndərilən vaqonların siyahısı.

2. BNZ ilə “Savoyl AQ” SC arasında müqavilə imzalanması üçün etibarnamənin surəti.

3. Azərbaycan Respublikası MTN-ə deputat sorğusunun surəti.

4. Ekspertizanın nəticələri barədə arayış.

Milli təhlükəsizlik naziri

İ.P.Hüseynov

MÜQAVİLƏ İMZALANMASI ÜÇÜN ETİBARNAMƏ

Kas:

Məhsulların ixracı - XX qurultay adına BNZ, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi.

Biz, cənab R.B.Quliyevin təmsil etdiyi XX qurultay adına BNZ təsdiq edirik ki, cənab Q.A.Maluntsevin təmsil etdiyi “Savoyl AQ” SC, Sürix, İsveçrə Londonda yerləşən “NİOK” ( yaxud “NİKO”, NAFTİRAN İntertreyd Ko) firması ilə 1992-ci ildə və əlavə edilən müqaviləyə əsasən gələcəkdə neft məhsulları ixracı üzrə danışıqlar aparmaq üçün bizim müstəsna səlahiyyətlərə malik nümayəndəmizdir.

O, kontraktlar imzalamaq hüququna malikdir.

“K+F”ın şərtləri əsasında İranın Xəzər dənizindəki limanına minimum 1.200.000 ton, maksimum 2.400.000 ton dizel yanacağı göndərmək barədə.

Bununla yanaşı, c-b Q.A.Maluntsevi SİF (yaxud Qara və Baltik dənizlərinin limanlarında FOB) şərtləri əsasında neft və neft məhsulları satışında da bizi təmsil etməyə təyin edirik.

İmza:

Direktor R.B.Quliyev,

dekabr 1991-ci il.

Bu material barədə Milli Təhlükəsizlik Nazirliyinin ekspertiza arayışı təqdim olunmuşdur.

1992-ci il martın 23-də tərtib edilmiş 2 nömrəli ekspert rəyindən ÇIXARIŞ

Nəticə: XX qurultay adına BNZ ilə “NİOK” firması arasında müqavilə bağlanması barədə etibarnamənin altındakı imza və R.B. Quliyevin imzasının təqdim edilmiş nümunələri eyni şəxsə məxsusdur.

Mütəxəssis: A.A.İvantsov

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ünvanlanmış, 1992-ci il 20 mart tarixli nömrədə dərc edilmiş sorğu ilə əlaqədar bildiririk ki, “Savoyl AQ” SC-nin ünvanı belədir: Vaynberq strit 72. SN-8006. Sürix -İsveçrəyə və üçüncü ölkələrin bazarlarına neft, dizel yanacağı, mazut və digər neft məhsulları satmaqla məşğul olan ticarət şirkəti...

...”Savoyl AQ” SC-nın baş direktoru Maluntsev Georgi Aleksandroviç son dövrlərədək B.A.Arutyunyanın başçılıq etdiyi “Soyuznefteeksport” birliyinə daxil olan “Yevronafta” firmasının keçmiş direktorudur.

Milli təhlükəsizlik naziri

İ.P.Hüseynov

Bu sənədlər Azərbaycan qəzetlərində dərc olunmuşdur.

RƏSUL QULİYEVİN PORTRETİNİN NAMƏLUM

CİZGİLƏRİ

1937-ci ildə anadan olmuş, Naxçıvan şəhərində yaşayan Rəsul Hüseyn oğlu Cəfərov deyir:

- Mən gənc yaşlarımda Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin atası Bayram Quliyevin ailəsi və onun qohumları ilə tanış idim.

1955-1956-cı illərdə mən Naxçıvan şəhərindəki mühasibat texnikumunda təhsil aldıqdan sonra təyinatla Culfa rayonundakı Ü.Hacıbəyov adına kolxoza göndərildim. Əmək fəaliyyətimə elə həmin bu rayonda Qazançı kəndində başladım. O vaxtı kolxozun sədri Sayad Kərimov idi. Əvvəllər bu kənddə ermənilər də yaşayırdı. Lakin mən həmin kəndə gələndə burada cəmi bir erməni ailəsi vardı, ailənin də başçısı Harutun Samsonyan idi. O, Xanpo və Martos adlı iki oğlu və Nazik adında yetkinlik yaşına çatmış qızı ilə yaşayırdı. Harutunun arvadı yox idi, deyilənə görə o, vəfat etmişdi. Oğlanları Qahab kəndində, o vaxtlar yaxşı iş yeri hesab olunan geoloji dəstədə çalışırdılar. Yəqin ki, kəndin o vaxtkı sakinlərindən adları çəkilən kənddə Harutun, Martos və Xanponu xatırlayırlar və onların yaşadıqlarını təsdiq edən tapılar. O zaman Rəsulun qardaşı Telman Quliyev bu kolxozda sürücü işləyirdi. Mən dəfələrlə onların evində nahar etmişdim. Rəsulun anası Münəvvər xala elə həmin kolxozun donuzçuluq fermasında işləyirdi. Pis qadın deyildi və yaxşı xörəklər bişirirdi. Deyilənə görə, onun əri Bayram Quliyev keçi dərisindən papaq tikirdi, vərəmdən ölmüşdü. Münəvvərin beş uşağı var idi - Sabir, Telman, Rəşid, Rəsul və bir də bir qızı. Rəsul uşaqların ən kiçiyi idi. O, ikinci, yaxud üçüncü sinifdə oxuyurdu. Onların anası işə az-az gedir, əsasən, evdə olurdu. Harutun Samsonyan briqadir işləyirdi və hər gün anbardan heyvanlar üçün yem götürürdü. Harutun kifayət qədər tavanalı adam idi, çoxlu da qohum-əqrabası var idi, dəbdəbəli yaşamağı sevirdi, bir sözlə, əhli-kef adam idi. Harutunun uşaqlarının “İj-2” markalı motosikli vardı. Martos tez-tez Rəsulu öz motosiklinə oturdub gəzdirərdi.

Kənddə danışırdılar ki, Harutunla Münəvvərin arasında intim münasibətləri var və Rəsul da Harutundan olan uşaqdır. Heç vaxt yadımdan çıxmaz, indiki kimi xatirimdədir, Münəvvər yeri gəldi-gəlmədi Harutunu tərifləməyi çox xoşlayırdı. O da yadıma gəlir ki, Münəvvər oğlunu Xanpo, Telmanı isə Gəzər deyə çağırırdı.

Günlərin birində fermada 22 donuzun yoxa çıxması ilə əlaqədar fermanın müdiri Şahhüseyn Əliyev ilə briqadir Harutun Samsonyanın mənim kabinetimdə mübahisələrinin şahidi oldum və Allah rəhmət eləsin, kolxozun sədri Sayad Kərimov dedi: “Bütün bunları aktlaşdırın və prokurorluğa verin”.

Hətta sədr çıxıb getdikdən sonra da Şahhüseyn mübahisəni davam etdirdi və Harutunun üstünə qışqırıb dedi: “Gör, sənin başına nə oyun açacağam, bütün əməllərin barədə yazmışam və materialların hamısını DTK-ya göndərmişəm, bir şeyi başa düşə bilmirəm, niyə səni indiyədək tutmayıblar, sənin işinlə əməlli - başlı məşğul olmaq üçün günü sabah rayona gedəcəyəm”. O, ermənini hədələyə-hədələyə kabinetdən çıxdı. Ara sakitləşəndən sonra mən Harutundan dostyana soruşdum: “O sənin barəndə DTK-ya nə yazıb? Sənin hansı işlərini nəzərdə tuturdu? Bütün bunların axırı nə olacaq?”

“DTK-da Yasinov mənim dostumdur, mənim barəmdə onun məktubunu kim oxuyacaq? Nə yazdığını bilirəm, yazıb ki, mən Münəvvərlə yaşayıram, onun kiçik oğlu Rəsul məndəndir. Nə olsun ki, o mənim oğlumdur, nə olsun ki, Münəvvərlə yaşayıram, buna görə mənə heç kim bir söz deyə bilməz. Özün yaxşı bilirsən ki, vilayət komitəsində işləyənlərin hamısı mənim dostumdur. Qoy Rəsul böyüsün, onu da götürüb Yerevana gedəcəyəm”.

Bir gün Karapetyan Harutunun qonağı idi. Məni də dəvət etmişdilər. Orada Karapetyan Harutundan soruşdu: “Bizim Rəsulçik necədir, qəşəng oğlandır?” Çox güman ki, Harutunun tanış-bilişlərinə hər şey məlum oldu!

Məndən soruşa bilərsniz ki, niyə bu vaxta kimi susmuşam və bunları yalnız indi, Rəsul Quliyev Azərbaycanda belə oyunlar çıxarandan sonra xatırlayıram. Xeyir, mən heç vaxt susmamışam.

Mən 1994-1995-ci illərdə R.H.Quliyevin ünvanına dəfələrlə məktub və teleqramlar göndərmişəm. Xeyir, mən səhv etməmişdim. R.B.Quliyevin yox, R.H.Quliyevin ünvanına. O Azərbaycan Respublikasının rəhbəri olmaq arzusuna düşəndə, onunla şəxsən görüşüb demək istəyirdim ki, mənim ölkəmin rəhbəri olmağa mənəvi haqqı yoxdur.

RƏSUL QULİYEVİN BEYNƏLXALQ AXTARIŞI BARƏDƏ

ORDERDƏN

Adı - Rəsul.

Atasının adı - Bayram oğlu.

Doğum tarixi - 10 dekabr 1947-ci il.

Doğulduğu yer - Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Qazançı kəndi.

Azərbaycan Respublikasının vətəndaşı.

Şəxsiyyət sənədi - Azərbaycan Respublikası vətəndaşının pasportu, seriya XXVI-JQ, nömrə 710648, 1995-ci il oktyabrın 6-da Azərbaycanda, Bakı şəhərində verilmişdir.

Cinsi - kişi.

Atası - Quliyev Bayram.

Anası - Quliyeva Münəvvər

Boyu - təxminən 174 sm.

Çəkisi - təxminən 90 kq.

Bədən quruluşu - dolğun, kökəlməyə meylli.

Saçları - çal.

Gözləri - tünd qonur, göz qapaqları gözləri azca örtür, bir qədər çəpdir.

Sifəti azaçıq uzunsovdur.

İrqi - ağ.

Məşğuliyyəti - neftayırma birliyinin sabiq direktoru, Azərbaycan Respublikasında müxtəlif rəhbər vəzifələrində işləmişdir.

Xüsusi əlamətləri - məlumat yoxdur.

Dillər - rus, Azərbaycan, türk dillərində sərbəst danışır, ingilis dilini zəif bilir.

Xarakterik davranışı - bir qayda olaraq, qeyri-qanuni yolla, o cümlədən tamahkarlıq məqsədi ilə cinayətlər törətmək, fövqəlmilli mütəşəkkil cinayət qrupları yaratmaq yolu ilə pul qazanmağa əl atır, rüşvətdən və korrupsiyanın digər formalarından geniş istifadə edir. Dəbdəbəli həyat sürür.

XƏBƏRLƏR

XƏZƏR DƏNİZİ İLƏ BAĞLI MÜBAHİSƏLƏR

MƏRHƏLƏ-MƏRHƏLƏ HƏLL OLUNACAQ

Xəzəryanı dövlətlərin (Rusiya Federasiyası, Qazaxıstan, Azərbaycan, Türkmənistan, İran) qarşıdakı zirvə toplantısında qəbul edilməsi nəzərdə tutulan bəyannamədə “beynəlxalq həyatın aktual məsələlərinə, regionda vəziyyətə, habelə Xəzər dənizinin yeni statusunun əsas prinsiplərinə münasibətdə iştirakçıların ümumi mövqeləri” öz əksini tapacaqdır.

Bunu İTAR-TASS-ın müxbirinə RF prezidentinin Xəzərin statusunun nizama salınması üzrə xüsusi nümayəndəsi, XİN başçısının müavini Viktor Kalyujnı bildirmişdir. O, “Xəzəryanı dövlətlərin yaxın gələcəkdə Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və onlardan istifadə olunması barədə saziş imzalayacaqlarına böyük imkanlar olduğunu” da bəyan etmişdir. RF XİN başçısının müavini bunu da əlavə etmişdir ki, “Xəzəryanı dövlətlərin dənizin gələcək statusuna baxışlarında fikir ayrılığının qaldığını nəzərə alaraq, Moskva bu problemin konsensus həllinə doğru mərhələ-mərhələ irəliləməyi təklif edir.

İRAN GÖZLƏMƏK FİKRİNDƏ DEYİL

İran Xəzər dənizinin milli sektorlara bölünməsi barədə yekun sazişini gözləmədən dənizdə neft və qaz layihələrini həyata keçirməyə başlayır və özününkü hesab etdiyi ərazilərin qonşuların istifadə etməsinə yöl verməyəcək.

Bunu çərşənbə günü İranın neft naziri Bijən Namdar Zənqane bəyan etmişdir. Nazir demişdir: “Bizim mövqeyimiz tamamilə aydındır: biz Xəzər dənizinin hüquqi rejimi məsələsinin aydınlaşdırılmasını gözləməyəcəyik. Biz qanunçuluq barədə öz anlamımıza əsasən hərəkət edəcək və dənizin özümüzünkü hesab etdiyimiz hissələrində kiminsə işləməsinə yol verməyəcəyik”.

Xəzəryanı dövlətlər arasında gərkinlik ötən ilin iyul ayında kəskinləşmişdir. O zaman İran Silahlı Qüvvələrinın gəmiləri və təyyarələri Britaniyanın “Britiş Petroleum” neft şirkəti üçün neft və qaz kəşfiyyatı aparan iki Azərbaycan tədqiqat gəmisini sıxışdırmışdı. Kəşfiyyat işləri Bakının və Tehranın iddia etdiyi sektorda aparılırdı. Bu insidentə baxmayaraq, tərəflər kompromis əldə etmək üçün danışıqlar aparmağa razılaşdılar.

 

BVF-DƏN 10 MİLYON DOLLAR

Beynəlxalq Valyuta Fondu Azərbaycana təxminən 10 milyon dollar məbləğində kredit tranşı ayırmaq qərarına gəlmişdir. Qərar bu ölkənin iqtisadiyyatının ilk icmalının yekunları əsasında yoxsulluqla mübarizə və iqtisadi inkişaf proqramı çərçivəsində qəbul edilmişdir. Daha çox ehtiyacı olan ölkələrə belə yardım layihələri BVF-də əvvəllər struktur dəyişiklikləri üçün geniş kreditləşdirmə proqramları adlandırırdılar.

2001-ci ilin iyul ayında təsdiq olunmuş Azərbaycana üçillik yardım proqramında Bakıya təxminən 100 milyon dollar məbləğində kredit ayırmaq nəzərdə tutulmuşdur. Hələlik bu məbləğin 10 milyon dolları ayrılmışdır. Fondun qərarı, əslində, onun rəhbərliyinin Azərbaycan hökumətinin iqtisadi siyasətini bəyənməsi deməkdir.

DAHA BİR KREDİT

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QTİB) 2002-ci ildə Azərbaycandakı layihələrə kreditlərin həcmini 10 milyon dollara çatdırmaq fikirindədir. QTİB Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın daxil olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri tərəfindən 1994-cü ildə yaradılsa da, 1999-cu ilin iyul ayından fəaliyyətə başlamışdır.

“LUKOYL” BAKI-CEYHAN LAYİHƏSİNƏ

QOŞULA BİLƏR

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “LUKoyl” neft şirkəti çox güman ki, mart ayında Rusiya şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi layihəsinə qoşulması barədə saziş imzalayacaqdır. Bunu Bakıda jurnalistlərə ARDNŞ-in prezidenti Natiq Əliyev bildirmişdir. O demişdir: “Biz “LUKoyl” şirkətinin əsas ixrac boru kəmərinin tikintisi layihəsinin həyata keçirilməsi üçün sponsorlar qurupuna daxil olması barədə onunla aparılan danışıqlardan razıyıq”.

“İzvestiya” qəzeti, 28 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı