İDMAN
Azərbaycan təmsilçiləri Avropa Voleybol Konfederasiyasının Məşqçilər Konvensiyasında iştirak ediblər
Bakı, 19 sentyabr, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə FIVB miqyaslı CEV Məşqçilər Konvensiyası keçirilib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, konvensiyada tanınmış voleybol mütəxəssisləri taylandlı Kiattipong Radçatagriengkai və amerikalı Con Kessel müxtəlif ölkələrdən qatılan iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçiblər. 160-dan çox məşqçi-müəllimlərin iştirak etdiyi konvensiyaya ölkəmizdən 4 məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov qatılıblar.
Üç gün davam edən konvensiyada əsasən, orta məktəb müəllimləri iştirak ediblər. Onların əksəriyyəti aşağı yaş qruplarında məşq keçən mütəxəssislərdir.