Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tranzit və logistika mərkəzi olaraq ŞCBND-nin formalaşmasında maraqlıdır

Azərbaycan tranzit və logistika mərkəzi olaraq ŞCBND-nin formalaşmasında maraqlıdır

Bakı, 10 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın coğrafi mövqeyi ona Şərq-Qərb və Şimal-Cənub istiqamətindəki ticarət yollarını birləşdirmək imkanı verir. Bu mövqedən səmərəli istifadə etməklə ölkəmiz bu gün Çindən Avropaya və əks istiqamətə uzanan tranzit yollarının logistika mərkəzinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti və qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar şimaldan cənuba və əks istiqamətə daşınan yüklərin ölkəmizin üzərindən keçməsinə səbəb olub. Azərbaycanın tranzit ölkə olaraq yaratdığı infrastruktur onu cəlbedici tərəfdaşa çevirib. Orta Dəhliz Azərbaycandan keçməklə Çin ilə Avropanı birləşdirirsə, 7 min 200 kilometrlik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) isə Cənub-Şərqi Asiya, Körfəz ölkələrini, Rusiya və Qərbi Avropanı bir-birinə bağlayır.

AZƏRTAC xəbər verir ki, bu dəhlizin əsası 2000-ci ildə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində İran, Rusiya və Hindistan arasında imzalanan sazişlə qoyulub. Azərbaycan dəhlizin əhəmiyyətini və önəmli funksiyalar yerinə yetirə biləcəyini qiymətləndirərək 2005-ci ildə sazişə qoşularaq geniş işlər həyata keçirməyə başladı. Əvvəlcə 173,6 kilometrlik Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu yenidən tikilərək genişləndirildi, Astara (Azərbaycan)-Astara (İran) gömrük-keçid məntəqəsi beynəlxalq standartlar səviyyəsində quruldu.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol salındı, Astaraçay üzərində dəmir yolu körpüsü inşa olundu, Astaraçay üzərində dəmir yolu körpüsündən İran ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometrlik yol çəkildi. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasına isə davam edir.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir). Lakin burada iqtisadi dividendlər və siyasi məqamları da nəzərə almaq lazımdır. Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən ixrac olunan yüklər İranın Oman dənizi sahilindəki Çabahar və Bəndər-Abbas limanlarına daxil olaraq buradan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Qərbi Avropaya daşınacaq. Dəmir yolunun 175 kilometrlik Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara buraxılıb. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların daha da artırılması yolun 167 kilometrlik Rəşt-Astara hissəsinin tikintisini ləngidir.

ŞCBND Rusiyanı Körfəz ölkələri ilə əlaqələndirdiyindən rəsmi Moskva üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyildir ki, 2019-cu ildə Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinin davamı üçün 1 milyard avro kredit ayrılması haqqında müqavilə imzalandı. Lakin Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşma Rusiyaya kredit ayırmağa imkan vermədi. Buna baxmayaraq, Rusiya məsələni diqqətdə saxlayır və ŞCBND-nin əsas seqmenti olan Rəşt-Astar dəmir yolunun tikintisini İran ilə birlikdə tamamlamaq niyyətindədir. Azərbaycan isə yuxarıda qeyd etdiyimiz kimi üzərinə düşən bütün işləri həyata keçirib.

“Avrasiya” Cənub dəhlizinin təşviqi qrupunun (South Corridor Development Group EurAsia) rəhbəri, iranlı ekspert Bəhram Bəhramşir bildirib ki, ŞCBND Hindistan, İran, Cənubi Qafqaz və Rusiyanın nəqliyyat bağlantısını yaradacaq, regional inteqrasiya və iqtisadi artıma əsaslı təkan verəcək, yüklərin daşınma müddətini 45 gündən 15 günə endirəcək, nəqliyyat xərcləri isə 40 faiz azalacaq. Həmçinin Avrasiya regionunda dənizə çıxışı olmayan ölkələrin inkişafına təkan verəcək və 2 milyona yaxın yeni iş yerinin yaranmasına səbəb olacaq. Onun hesablamasına əsasən, dəhliz tam formalaşdıqdan sonra ildə 5 trilyon dollar iqtisadi dividend qazandıracaq. İlkin olaraq dəhlizlə 5 milyon, Rəşt-Astara dəmir yolu istismara buraxıldıqdan sonra isə 10 milyon ton yükün daşınması nəzərdə tutulub.

İranın Azərbaycandakı keçmiş səfiri, Tehranda fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Möhsün Pakayin bildirib ki, Azərbaycan ilə İran elə bir coğrafi məkanda yerləşir ki, bu, iki dövlətin iqtisadi əməkdaşlığını zərurətə çevirib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran ilə Azərbaycanın iqtisadi inkişafına stimul verməklə yanaşı, regionda siyasi sabitliyin zəmanəti rolunu da oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan tranzit yüklərin təhlükəsizliyi tranzit dövlətlər tərəfindən təmin olunacaq. Bununla yanaşı, nəqliyyat əlaqələrinin təhlükəsizliyində həm Asiya, həm də Avropa dövlətləri maraqlı olacaq və regionda siyasi sabitliyin davamlı xarakter daşımasına hərtərəfli yardım göstərəcəklər”.

Azərbaycan tranzit və logistika mərkəzi olaraq bu dəhlizin tam formalaşmasında maraqlıdır. Belə ki, tranzit ölkə olmaqla yanaşı rəsmi Bakı da Körfəz ölkələri ilə nəqliyyat əlaqəsi yaradacaq. Bu ölkələr əsasən idxaldan asılı olduqlarına görə Azərbaycandan kənd təsərrüfatı məhsulları, tikinti materialları ala bilərlər ki, bu da ölkəmizin ixrac potensialını və valyuta gəlirlərini artırar.

Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı bölməsinin rəhbəri Stanislav Pritçin bildirib ki, Azərbaycan ŞCBND formalaşmasında aparıcı rola malikdir və dəhlizin fəaliyyəti üçün zəruri tədbirləri həyata keçirib. Dəhliz Cənubi Qafqaz regionunun inkişafı ilə yanaşı, Azərbaycanın Rusiya və İranla ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq, yükdaşımada nəqliyyat xərclərini kəskin şəkildə azaldacaq.

Müasir dünyada baş verən gərgin geosiyasi proseslər fonunda belə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi siyasi iradənin təzahürüdür. Regionda bir sıra dövlətlərin siyasi ambisiyalarına baxmayaraq yeni dünya düzəninin formalaşdığı indiki dövrdə tranzit nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin qurulması mühüm əhəmiyyət kəsb edir. Regionda neft istehsalçısı kimi tanınan Azərbaycan, İran və Rusiya dünya trendini nəzərə alaraq qeyri-neft sektorunun inkişafına daha ciddi diqqət yetirirlər. Dünya bazarında neftin dəyərinin tədricən arxa plana çəkilməsi nəqliyyat və tranzitin inkişafı üçün meydan açıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

® “MyShops”dan “Nothing” smartfonu al, “Azercell”dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Doktorant və gənc tədqiqatçıların 29-cu konfransı Naxçıvanda olacaq

Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi - elmi sessiya

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır

“Reuters”: Səudiyyə Ərəbistanı Şərq-Qərb xam neft boru kəmərini yenidən işə salmağa başlayıb

Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

“Şəfa” Qəbələdə toplanış keçəcək

Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir

İstanbulun minillik şahidi – Dikilitaş

Xammaldan yüksək dəyərli məhsula: Azərbaycanın iqtisadi gələcəyinə yeni baxış - ŞƏRH

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Əfv sərəncamının icrasına başlanılıb

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb