MƏDƏNİYYƏT
Azərbaycan Turizm Assosiasiyası ekskursiya-bələdçi kursları təşkil edəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) 2015-ci il aprelin 1-dən ödənişsiz aylıq ekskursiya-bələdçi kursları təşkil edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər AZTA ilə müqavilə əsasında işlə təmin olunacaqlar.
Kurslara 20-30 yaşında müxtəlif xarici dilləri (alman, ingilis, fransız, italyan, ispan, yapon, türk, polşa, macar, ərəb, fars, koreya, çex) bilən gənc qız və oğlanlar dəvət olunur. Hər bir qrup 20 nəfərdən ibarətdir və dərslər Azərbaycan və rus dillərində keçiriləcək.
Artıq bir neçə ildir ki, Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunan bu tipli kurslarda 50-ə yaxın bələdçi hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]