Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbərliyi ilə Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
AZTA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Assosiasiya rəhbərliyi hazırda Azərbaycan turistləri arasında Misirlə bağlı məlumatlandırma işlərinin aparılmasında bu ölkəyə yardım etməyə hazır olduqlarını bildirib. Tərəflər birgə infoturların və digər “work-shop” və “B2B” görüşlərin keçirilməsi barədə razılığa gəliblər, birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq AZTA-nın üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza verilməsi barədə razılığa gəlinib.
Sonda Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda Şarm əş-Şeyx şəhərinin simvolik açarını AZTA-nın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanova təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]