Azərbaycan Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasında təmsil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iclasda Qaziantepdə türkdilli ölkələr arasında baş tutan şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib. Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində təkliflər səsləndirilib və müzakirə olunub.
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının üzv federasiyaları növbəti illərdə aktiv fəalliyyət üçün geniş proqramın təsdiq olunacağını bildirib.
Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib. İ.Qədimova eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]