Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə müttəfiqliyi Aralıq və Egey dənizləri hövzələrindəki proseslərə təsir imkanlarını artırır

Prezident İlham Əliyev: “Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik”

Ankara, 5 dekabr, AZƏRTAC

Qardaş Türkiyənin xarici və daxili siyasətindəki qətiyyətli qərarlar, həyata keçirilən kompleks inkişaf tədbirləri, mehriban qonşuluq siyasəti və səmimi dostluq diplomatiyası uzun illər xaricdən ssenariləşən təxribatları ardıcıl şəkildə dəf etməkdədir. O cümlədən həyata keçirilən çevik diplomatik tədbirlər nəticəsində Aralıq və Egey dənizlərində mövqelər gücləndirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Aralıq və Egey dənizləri hövzələrindəki proseslərə təsir imkanlarını sürətlə artırmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq hərbi Qələbə Türkiyənin dəniz sərhədləri istiqamətindən gələn təhdidləri tədricən aradan qaldırmağa başlayıb. Səbəb açıq və konkretdir. Uzun illər saxta “erməni soyqırımı” adı altında siyasi təzyiqlərə məruz qalan rəsmi Ankara Azərbaycanın qazandığı Zəfəri həm ümumtürk, həm də regional baxımdan sülh, sabitlik və inkişaf şansı kimi dəyərləndirir. Məhz bu sağlam yanaşma nəticəsində Türkiyə uzun illər ona qarşı əsassız iddialarda olan Ermənistanı əfv edərək normallaşma prosesinə qatılıb. İkinci Qarabağ müharibəsinin real nəticəsi, eləcə də Azərbaycanın və Türkiyənin Ermənistanla normallaşma səyləri tamamilə başqa bir mövzu olmaqla bərabər, sülh vəziyyəti demək deyil. Erməni lobbisinin məlum normalaşma prosesinə mənfi təsiri və təxribatları açıq şəkildə davam edir.

Şanlı Zəfərin Türkiyəyə qarşı dəniz təxribatlarının qarşısının alınmasına verdiyi şanslar

Azərbaycanın 30 il məruz qaldığı işğal, eyni zamanda, Türkiyə üçün də ağır mənəvi yük, beynəlxalq siyasətdə əlavə iş olmuşdu. BMT, NATO, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təsisatların tədbirlərinə dair yekun sənədlərə ölkələrin ərazi bütövlüyünün tanınmasına dair müddəaların salınması Azərbaycanın və Türkiyənin xarici siyasətində mühüm istiqamət kimi qorunmuş, bütün hallarda daim öz mənfəətləri üçün çalışan bir sıra ölkələrlə məcburi əməkdaşlıq vəziyyəti yaratmışdı.

Zəfərdən sonra isə vəziyyət tamamilə dəyişib. Qafqazdakı mövcud geosiyasi və hərbi vəziyyət Türkiyənin Egey və Aralıq dənizlərində həm özünün, həm də Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını qorumaq məsələlərində qətiyyətini daha da artırıb, çevik siyasət imkanlarını genişləndirib. Rəsmi Ankara açıq bəyan edir ki, Yunanıstanın əməkdaşlıq əvəzinə, silahlanma, Türkiyəni təcridetmə və özgələşdirmə siyasəti, əsasən özünə və üzv olduğu Avropa İttifaqına zərər verəcək. Rəsmi Afinanın gah bu, gah da digər dövlətin təsiri altında Türkiyəyə qarşı çıxması bölgədə sülh və sabitliyi təhdid edən problemli siyasət kimi dəyərləndirilir. Beləliklə, Ermənistandan gözlənilən təhlükələrin Azərbaycanın gücü ilə dəf edilməsi Türkiyənin cənub və qərbdəki dəniz sərhədlərində təhlükəsizlik tədbirlərini artırmağa böyük imkanlar yaradıb.

Sahil qonşuları ilə normallaşmanın regional proseslərə təsiri

Türkiyə məhz zamanında Liviya siyasətini xüsusi strategiya ilə qurmaqla Qəddafi dönəmindən sonra bu ölkəyə böyük tarixi missiya ilə qayıtmağı bacardı və mövqelərini olduqca sağlam tərzdə, Liviyanın milli maraqları, ölkə xalqının rifahına zərər gətirmədən möhkəmləndirdi. Məhz bu amillər əsasında Türkiyənin bu ölkədəki mövcudluğu yerli xalqın dəstəyini qazandı. İndi növbə Misir və İsrailə çatıb.

Faktlara nəzər salaq:

-Qətərin Əl-Xor şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi görüşüblər. Ayaqüstü salamlaşan dövlət başçıları söhbət ediblər. Liderlər normallaşma prosesi üçün növbəti addımlarla bağlı göstərişlər veriblər.

-Türkiyə-İsrail münasibətlərinə gəldikdə, məlum olduğu kimi, iki ölkə arasında əlaqələr ali rəhbərlik səviyyəsinə yüksəlib və bütün sahələr üzrə strateji maraqlar çərçivəsində davam edir;

-Səudiyyə Ərəbistanı başda olmaqla, digər ərəb ölkələri ilə qarşılıqlı anlaşma şəraitində münasibətlər inkişaf xəttindədir. Buraya Suriya ilə münasibətlərdəki şansları da əlavə edə bilərik;

-Türkiyə-Qətər münasibətləri ali səviyyədə dinamik inkişafdadır və sair.

Məqalənin girişində Türkiyənin İsrail və ərəb ölkələri ilə münasibətlərinin normallaşmasında Azərbaycanın oynadığı tarixi rola dair Prezident İlham Əliyevin fikirlərindən sitat təqdim etmişik. Bu fakt deməyə əsas verir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Aralıq və Egey dənizləri hövzələrindəki proseslərə təsir imkanlarının gücü limitsizdir.

Məlumat üçün bildirək ki, 1923-cü ilin Lozanna, 1947-ci ilin Paris anlaşmalarına görə, Yunanıstan Egey dənizinin şərqindəki adaları silahlandıra bilməz. Bu, beynəlxalq öhdəliyin pozulmasıdır. Türkiyə tərəfi Yunanıstanın Egey dənizindəki Midilli və Sakız adalarına ABŞ istehsalı olan hərbi texnika yerləşdirməsini təsdiq edən videomateriallar yaymaqla bütün dünyaya nümayiş etdirdi ki, bu hövzədəki bütün proseslər nəzarətdədir.

Türkiyə tərəfi açıq bəyan edib ki, milli və dövlətçilik maraqları təhlükədə olduqda rəsmi Ankara məsləhətləşmə və müzakirə deyil, konkret addımlar atır.

Bu məntiqlə əsaslandıra bilərik ki, Türkiyə su sərhədlərindən gözlənilən istənilən təhlükənin qarşısını almaqda, eləcə də özünün və Şimali Kiprin mənafelərini qorumaqda israrlı və qətiyyətlidir. Türkiyə Silahlı Qüvvələrinin dəniz qoşunlarının modern silahlar və müdafiə sistemləri ilə təmin edilməsi bu prosesin əsasıdır. İsrail və Misirlə münasibətlərin normalaşması, ilk növbədə, “Mavi Vətən”in bir parçası olan Aralıq və Egey dənizlərində başda enerji daşıyıcılarına aid beynəlxalq layihələrin reallaşdırılması üçün yeni üfüqlər açır. Azərbaycan neft və qaz strategiyası tranzit nəqletmə burada mühüm amildir. Türkiyə-İsrail-Misir üçtərəfli əməkdaşlıq formatı, heç şübhəsiz, Yunanıstanı təxribatlardan daşınıb əməkdaşlıq barədə düşünməyə məcbur edən diplomatik jest kimi tarixdə qalacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək