Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Kiyev, 15 yanvar, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Ali Radasının xalq deputatı, gömrük və vergi məsələləri üzrə komitənin sədri, soydaşımız Roman Nəsirov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafı üçün səylərin artırılması, dostluq qrupunun fəaliyyətinin inkişafı, Ukrayna tərəfdən qrupun üzvlərinin formalaşdırılması, Azərbaycana səfərlərin təşkili məsələləri müzakirə olunub.
R.Nəsirov Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun işində fəal iştirak etmək niyyətində olduğunu bildirib. Ali Radanın deputatına akademik Ramiz Mehdiyevin səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, Aleksandr Merejkonun “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabları hədiyyə edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev