Azərbaycan Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgidə təmsil olunmuşdur
Bakı, 6 iyul (AZƏRTAC). Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunmuş sərgi keçirilmişdir.
“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə MDB-yə üzv ölkələrdən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Sərgidəki Azərbaycan pavilyonunda sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, ekologiya, informasiya texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər, eləcə də “Təmiz Şəhər” ASC-nin stendi maraqla qarşılanmışdır. Sərgi iştirakçılarına ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi naminə görülən işlər haqqında məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]