Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Rusiya: Zamanın sınağından çıxmış münasibətlər

Azərbaycan və Rusiya: Zamanın sınağından çıxmış münasibətlər

Bakı, 4 aprel, AZƏRTAC

Rusiyada çıxan nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin 4 aprel tarixli nömrəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycan və Rusiya: Zamanın sınağından çıxmış münasibətlər” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni təqdim edir.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasından keçən 25 il ərzində öz dövlətçiliyinin möhkəmləndirilməsi məsələsində nəzərəçarpacaq tərəqqiyə nail olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dünya siyasətinin və regional siyasətin sanballı amilinə çevrilməkdədir. Bu, ilk növbədə daxili siyasi sabitlik, davamlı iqtisadiyyat, düzgün istiqamətləndirilən və bacarıqla həyata keçirilən xarici siyasətin nəticəsidir. Azərbaycan transmilli nəqliyyat-kommunikasiya və enerji layihələrinin həyata keçirilməsi nəticəsində regionun iqtisadi liderinə və dünyanın qlobal xəritəsində mühüm aktora çevrilib.

Bizim xarici siyasətimizin çoxvektorlu və tarazlaşdırılmış olması bütün dövlətlərlə və beynəlxalq qurumlarla maraqlara qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Nəticədə Azərbaycan xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə, beynəlxalq aləmdə öz mövqelərini möhkəmlətməyə, özünəyetərli və proqnozlaşdırıla bilən tərəfdaş imici qazanmağa nail olub.

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illik yubileyi iki müstəqil dövlətin keçdiyi tarixi yola müəyyən mənada yekun vurur. Müasir dövrdə Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Mühüm məsələlərin əksəriyyəti barədə iki ölkənin mövqeləri üst-üstə düşür. Bizim əlaqələrimiz qarşılıqlı hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu gün, Rusiya ilə tərəfdaşlıq münasibətlərinin çoxu onların nə dərəcədə möhkəm olması baxımından sınandığı bir vaxtda bizim ölkələrimiz arasında əlaqələr intensiv inkişaf edərək bütün sahələri əhatə edir. Ölkələrimizin münasibətlərinin müqavilə-hüquqi bazası 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası sazişi əhatə edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın 70 regionunu təmsil edən müəssisə, şirkət və firmalar Azərbaycan ilə xarici ticarət fəaliyyətinə qoşulub. Bu subyektlər 1000-dən çox adda əmtəə ixrac edir. RF-nin 40-a yaxın subyekti ilə Azərbaycan arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb. Siyasi və işgüzar dairələrin nümayəndələrinin, regionların rəhbərlərinin iştirakı ilə Azərbaycan-Rusiya regional forumunun keçirilməsi yaxşı bir ənənəyə çevrilib.

Üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri bizim əlaqələrimizi daha da zənginləşdirir. 2016-cı ildə Azərbaycan, Rusiya və İranın prezidentləri və xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu formatda əməkdaşlıq transregional qarşılıqlı əlaqələrin inkişafı, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün strateji əhəmiyyət kəsb edir.

Humanitar əlaqələr fəal şəkildə reallaşır. Bu baxımdan rus dili mühüm yer tutur. Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişafına xüsusi diqqət göstərilir: ölkədə fəaliyyət göstərən orta məktəblərin 335-də və 27 universitetdə rus dilində təhsil almaq imkanı var. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir.

Mədəniyyətlərarası əməkdaşlığın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rol oynayır. Bu Fondun fəaliyyəti sayəsində Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri Rusiyada müxtəlif məkanlarda və müxtəlif formatlarda: müsabiqələrdə, festivallarda, sərgilərdə, konsert və teatr turlarında geniş təmsil olunub. Fondun dəstəyi ilə Rusiya ərazisində məktəblər yenidən qurulub, uşaq əyləncə şəhərciyi açılıb, Rusiya-Azərbaycan dostluq körpüsü qurulub, çoxsaylı xeyriyyə tədbirləri keçirilir.

Humanitar əlaqələrin özəyi Rusiyadakı Azərbaycan diasporu və Azərbaycandakı Rusiya icmasıdır. Qeyd etməliyəm ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandakı 120 minlik icmadır. Azərbaycanın bu ləyaqətli vətəndaşları ölkəmizin inkişafına böyük töhfə verirlər.

Turizm sahəsində yaxşı inkişaf perspektivləri var. Rusiyadan Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Bu, ilk növbədə rusiyalıların istirahəti üçün yaxşı şərait - əlverişli coğrafi mövqe olması və dil baryerinin olmaması ilə bağlıdır.

Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan ilə Rusiyanın əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfədir. Azərbaycan regionda gərginliyin azaldılması və mehriban qonşuluq şəraiti yaradılması üçün çox səy göstərir. Ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan rayonlarından tamamilə və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir. Bizim ölkəmiz bu münaqişənin dinc yolla, beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Buna görə də biz dünya birliyinin bütün məsul üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində prinsipial mövqe göstəriləcəyinə ümid edirik. Şübhəsiz, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri, Cənubi Qafqaz ilə coğrafi və tarixi baxımdan sıx bağlı olan bir ölkə kimi Rusiya bu məsələdə xüsusi rola malikdir. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında axırıncı danışıqlar müəyyən ümid yaradır ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə həlli uzanan məsələ öz müsbət həllini tapacaq. Lakin təəssüf ki, həmin görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb