Azərbaycan və Türkiyənin Opera və Balet teatrları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov ilə Türkiyə Dövlət Opera və Balet Teatrının Baş direktoru Tan Sağtürk arasında işgüzar görüş keçirilib.
Dövlət Akademik Opera və Balet Teatrından AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki qardaş ölkənin aparıcı opera müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər gələcək birgə layihələr, qarşılıqlı qastrol proqramların hazırlanması, solistlərin və yaradıcı kollektivlərin mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad dərslərin təşkili ilə bağlı razılığa gəliblər.
Görüşün sonunda tərəflər gələcək yaradıcılıq əlaqələrinin daha da dərinləşdirilməsi və müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]