Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığa başlayırlar
Bakı, 27 iyul (AZƏRTAC). Yaponiyanın seysmologiya ilə məşğul olan aparıcı şirkətləri və təşkilatları Azərbaycan ilə əməkdaşlığa başlayırlar. Bununla əlaqədar bu ölkənin “Şineyei Kaisa” şirkətinin meneceri Amano Ryo və “Oyo İnternational” sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu Azərbaycana səfər etmişlər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat vermişlər. Yaponiyalı seysmoloqlar səfər çərçivəsində RSXM-nin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, mərkəzin aparıcı mütəxəssisləri ilə görüş keçirmişlər.
Görüşdə Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərlə bağlı vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə edilmişdir.
Sonra qonaqlar RSXM-nin telemetrik seysmik stansiyalarının iş prinspi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]