“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC iməcilik keçirib
Bakı, 18 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində iməcilik aksiyası keçirib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin sədri Rauf Vəliyev başda olmaqla iməcilikdə qurumun rəhbər işçiləri, zavodun kollektivi və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DNİMHİRK) məsul işçiləri də iştirak edib. İməcilik zamanı zavod ərazisində aparılan abadlıq işləri ilə yanaşı ağac və kollar da əkilib. Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə keçirilən bu cür tədbirlərin mütəmadi olaraq davam etdirilməsi tapşırılıb.