Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan XİN Ermənistan XİN-in ölkəmiz əleyhinə bəyanatını şərh edib

Azərbaycan XİN Ermənistan XİN-in ölkəmiz əleyhinə bəyanatını şərh edib

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə, təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq.

Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının üçtərəfli Bəyanatın “pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir.

Vurğulanıb ki, bu bəyanat, eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini “erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir.

“Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür ki, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir.

Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir. Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla, bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını göstərir”, - deyə açıqlamada diqqətə çatdırılıb.

Bildirilib ki, 2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması, saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur. Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə son zərbəsini ört-basdır etməyə cəhd edir.

Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı. N.Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt irəli sürməsi yaxşı məlumdur.

Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə, erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir. Ermənistan tərəfinin bununla, son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır.

Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın, əslində, monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar. Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdəd və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil, bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquqla yanaşı, bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq.

Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaq ola bilər.

Otuz illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycan Respublikasının beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır.

Azərbaycan, Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə, şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir. Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar ilə yerində tanış olub. Ermənistanın vandallıqlarından fərqli olaraq, Azərbaycan apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti də məhz Azərbaycanın qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək.

Ermənistan XİN-in üçtərəfli Bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbi rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, üçtərəfli Bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi.

Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir.

Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə, Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub. Ermənistanın eyni zamanda, bütün səyləri ilə Üçtərəfli bəyanatı kobudcasına pozaraq, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılmasına mane olduğu bəllidir.

Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma “etnik təmizləmə” və “soyqırımı” nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır. Həmçinin Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırımı aktları törətdiyi məlumdur. Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, Ermənistanın 2022-ci il sentyabr təxribatlarından sonra isə 200 nəfərə yaxın erməni cəsədi bu ölkəyə təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub.

Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır

İmişlidə Araz çayında batan şəxsin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb