Azərbaycana həsr edilən seminar Texas mətbuatının diqqət mərkəzində
Vaşinqton, 24 fevral, AZƏRTAC
ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən Texasın A & M Beynəlxalq Universitetində Azərbaycana, onun regional və beynəlxalq əhəmiyyətinə həsr edilən seminar keçirilib.
Laredo şəhərindən olan konqresmen Henri Kuelar şəhərin meri Pit Sianez, universitetin prezidenti Rey Kek və səfir Elin Süleymanovun iştirak etdiyi tədbirdə Azərbaycanın regional əhəmiyyəti vurğulanmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib.
ABŞ-ın tanınmış ali təhsil müəssisələrindən olan A & M Beynəlxalq Universitetində Azərbaycana dair keçirilmiş təbdir, eləcə də E.Süleymanovun çıxışı barədə məlumat Texasın “Laredo Morning Times”, ispandilli “El Quiosco” qəzetlərində dərc edilib və KGNS televiziyası vasitəsilə yayımlanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton