Azərbaycana heyvandarlıq məhsulları ixrac edən Rusiya müəssisələrinin sayı artıb
Moskva, 4 mart, AZƏRTAC
Rusiyanın daha 10 müəssisəsi Azərbaycana heyvandarlıq məhsulları göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat verib.
Məlumatda deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Rusiya müəssisələrinin Azərbaycanın normativ tələbələrinə uyğunluğu barədə “Rosselxoznadzor”un təqdim etdiyi zəmanət əsasında daha 10 müəssisəyə ixrac hüququ verib.
Beləliklə, hazırda Rusiyanın 1190-dan çox müəssisə və şirkəti Azərbaycana məhsul ixracı hüququna malikdir. “Rosselxoznadzor” Azərbaycanla əməkdaşlıq edən müəssisə və şirkətlərin sayının artırılması istiqamətində fəaliyyəti davam etdirir”, - deyə məlumatda bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]