Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycana qarşı erməniçilik saxtakarlığı: təsnifatı və tənqidinin konseptual platforması

Bakı, 27 aprel, AZƏRTAC

Erməniçilik saxtakarlığı termini erməni saxtakarlığı terminindən daha geniş olub, bir sıra digər məsələləri də özündə ehtiva edən proses kimi nəzərdə tutulur. Bu, daha təhlükəli bir mərhələ -torpaq iddiaları və ya real təhdidlərin həyata keçirilməsi üçün baza rolunu oynayır.

Vətən müharibəsində qazanılan qələbə və onun sınaqdan çıxmış yol xəritəsi bizim də qarşımızda mühüm vəzifələr qoyur. Azərbaycanın belə demək mümkünsə, erməniçilik saxtakarlığına məruz qalmış və ya təcavüzə uğramış digər dəyərləri də bu təcrübədən istifadə olunaraq azad edilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov söyləyib.

O deyib: “Azərbaycana qarşı erməniçilik saxtakarlığında erməni qriqorian kilsəsi universal rol oynayıb. Bu kilsəsinin mərkəzinin Qaraqoyunlu dövləti zamanı Azərbaycan torpaqlarına köçürülməsi (1441-ci il) onun mövqeyini daha da gücləndirib. Ən başlıcası, erməni qriqorian kilsəsi Azərbaycanın coğrafiyasına daxil olmaq imkanı əldə edib. Bu kilsə 1828-ci il Türkmənçay müqaviləsində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin təsbit edilməsində mühüm rol oynayıb.

Azərbaycana qarşı erməniçilik saxtakarlığının mərkəzi məsələsini Azərbaycanın xristian irsinin özününküləşdirilməsi təşkil edir. Ərəb xilafəti tərəfindən Albaniya dövlətinin ləğvindən (705-ci il) sonra burada yaranan bəzi siyasi qurumlar istisna olmaqla, xristian sivilizasiyası əvvəlki siyasi dəstəkdən məhrum olub. Beləliklə, ermənilərin Azərbaycanın xristian irsini özününküləşdirməsi daha rahat və məqsədyönlü şəkildə həyata keçirilib. Bu istiqamətdə əsas yeri alban tarixi yaddaşını və identikliyini əks etdirən tarixi-hüquqi əsərlər kompleksi tuturdu. İlk yerdə Moisey Kalankatuklunun “Alban tarixi” əsəri dayanırdı. Mxitar Qoşun Albaniya və alban hüququna, Kirakos Qandzaketsinin tarixə dair əsəri də belə saxtakarlığa məruz qalmışdı. Ermənilər tərəfindən 1860-cı illərdən sistemli şəkildə həyata keçirilən bu prosesə qarşı ilk müqavimət yalnız yüz il sonra 1960-70-ci illərdə formalaşmağa başlayıb, Ziya Bünyadov, Fəridə Məmmədova və digər Azərbaycan alimlərinin tədqiqatları ilə ciddi platforma formalaşdırılması istiqamətində müəyyən işlər görülüb.

Azərbaycanın xristian irsinə qarşı erməni təcavüzünün digər bir istiqaməti Alban memarlığı olub. Təbii ki, burada əsas yeri alban xristian abidələri tutur. Yazılı irsdən fərqli bir sahə olmasına baxmayaraq, eyni metod burada da özünü göstərib. Alban xristian abidələrinin mənimsənilməsinə qarşı ilk müqavimət də özünü nisbətən gec göstərib. Bu sahədə Davud Axundovun 1980-ci illərdə irəli sürdüyü “xaçdaş konsepsiyası” ilə yeni bir situasiya yaranıb. Hazırda alban memarlığı sahəsində professor Gülçöhrə Məmmədovanın əsərləri mühüm yer tutur.

Ermənilər alban irsini mənimsəyib mahiyyətini dəyişməklə daha bir məqsəd də güdürdülər. Albaniyanın və ondan sonra meydana gələn siyasi qurumların, xüsusilə erməni dövlətçiliyinin qalıqları adlandırdıqları Qarabağ məlikliklərinin tarixini mənimsəyirlər. Bununla da, Azərbaycanı tarixi inkişafının mühüm dövründən məhrum edib, onun bu torpaqlarda kökünün olmadığını iddia etmək istəyirdilər. Albaniyanın tarixi coğrafiyası haqqında sanballı əsərlər yazıldığı halda, post-Albaniya dövrü siyasi qurumları, o cümlədən məlikliklər haqqında süjet indiyədək Azərbaycanda kifayət qədər araşdırılmayıb. Azərbaycan mədəniyyətinin unikal cəhətlərindən biri də ondadır ki, o xristian sivilizasiyası tərkibində olduğu kimi, islam sivilizasiyası sahəsində də özünəməxsus intibah yarada bilib. Erməni saxtakarlığının xarakteri nəzərə alınsa, bu da diqqətdən yayınmayıb. Azərbaycanın islam sivilizasiyası da hədəfə çevrilib. 1877-ci ilə aid olan belə bir iddia çox maraqlı tarixçəsilə diqqəti cəlb edir. İlk dəfə erməniçilik saxtakarlığı vaxtında müqavimətlə qarşılanır. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 1877-ci il 17 fevral tarixli sayında yazırdı: “Bizim qəzetin 24-cü nömrəsində Qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan ″Mşak″ qəzeti erməni dilinə tərcümə edib, basdırıbdır. Heç görünübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu! Xülasə bu tövr çox danışıb axırda deyir: ...Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı o səhralarda eləyin ki, orada islam bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin...”. Bunları yazan Zərdabi fikrini belə davam edir: “...Ey cənab Arsuruni (zikr olunan qəzetin münşisinin adıdır) əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma ... neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız...” (Əkinçi. Bakı, 1979, s. 320).

Erməniçilik saxtakarlığının Azərbaycan tarix və mədəni irsini mənimsəməsi bununla bitmir. Ümumazərbaycan nailiyyəti olan digər dəyərlər - toponimiya, xalça, musiqi, mətbəx və s. sahəyə dair dəyərlərin də mənimsənilməsinə cəhdlər edilir. Erməniçilik saxtakarlığının digər bir istiqaməti erməni tarixinin şişirdilməsilə Azərbaycan tarixinin təhrif edilməsi olub. Bu sırada Movses Xorenatsinin “Erməni tarixi” ayrıca yer tutur. Məhz bu kitabda ermənilərin Azərbaycan torpaqlarına iddiası ilk dəfə geniş ifadə edilib. Xorenatsinin bu uydurmasının mahiyyəti mənşəcə erməni olan Amerika tarixçisi, Kolumbiya Universitetinin professoru N.Qarsoyan tərəfindən ayrıca araşdırılıb. O, Ermənistanın IV əsr tarixindən bəhs edərkən (çox maraqlıdır ki, bu məqalədə “Ermənistan” və “sədaqət” terminlərinin dəqiqləşdirilməsi nəzərdən keçirilir) yazırdı ki, bizim hadisələri təfsirimiz erməni mənbələrindən asılıdır. Pavstos Buzand və ya Movses Xorenatsinin təsvir etdiyi mənzərə, azad və ya qeyri-azad, onların zərdüşt İranına qarşı dayana bilən şəxsi ideallarını - vahid, birləşmiş Ermənistanı əks etdirirdi... Bizim üçün bu mənzərənin V yüzillik üçün də doğru olduğu indi əhəmiyyətli deyildir. Bizim üçün əhəmiyyətli olan odur ki, o, IV əsrin gerçəkliyini təhrif edir, o zaman Ermənistan vahid deyildi, birləşmiş deyildi və pers dünyasına yad deyildi.

Azərbaycan tarixçiləri daha çox bu fikrə istinad edir. Bununla, eyni zamanda, Xorenatsinin tənqidinə müəyyən yer verilib.

Erməniçilik saxtakarlığını xarakterizə edən mühüm cəhətlərdən biri də odur ki, ermənilər məqsədlərinə çatmaq üçün müəyyən qulluq müqabilində bəzi dövlətlərin və ya əcnəbi araşdırıcıların da imkanlarından istifadə etməyə üstünlük veriblər. Bunun tarixi təcrübələrindən biri Ərəb xilafəti dövrünə aiddir. Bu siyasət indi də davam etdirilir. Əcnəbi araşdırıcıların ermənipərəst “tədqiqatları” da erməniçilik saxtakarlığının tərkib hissəsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən bu məsələnin mahiyyətinə kifayət qədər diqqət verilmir. Bu barədə bir nümunə göstərməklə kifayətlənmək istəyirəm. Azərbaycanda, demək olar ki, ermənilərin “Erməni vilayəti” adlandırılan əraziyə köçürülməsindən bəhs edən bütün tədqiqatçılar məşhur bəstəkar Frederik Şopenin (1810-1849) qohumu Rusiya məmuru İvan İvanoviç Şopenin (1798-1870) 1852-ci ildə çap edilmiş kitabına (İstoriçeskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v epoxu prisoedineniya yeyo k Rossiyskoy İmperii. SPb., 1852) müraciət edir. Doğrudur, bu kitab ermənilərin köçürülməsi haqqında məlumat verir, lakin konseptual şəkildə həmin ərazilərin tarixi Ermənistan olmasına əsaslanır. Burada kameral təsvirin 1829-1832-ci illərdə aparılmasına baxmayaraq, onun yalnız 1852-ci ildə çap edilməsi də ayrı bir tarixdir.

Son dövrlərdə ermənilərin mövqeyindən çıxış edənlər sırasında V.A.Şnirelman daha məşhurdur. Professor Zümrüd Quluzadə Şnirelmanın əsaslandırılmış tənqidini verib. Bu sahədə də görüləsi işlər çoxdur.

Beləliklə, ümumiləşdirmə aparsaq deyə bilərik ki, Azərbaycana qarşı erməniçilik saxtakarlığının əsas istiqamətləri belə olub: Azərbaycanın xristian irsinin özününküləşdirilməsi; Azərbaycanın islam sivilizasiyasının saxtalaşdırılması; ümumazərbaycan tarix və mədəni dəyərlərinin mənimsənilməsi; erməni tarix və sair ədəbiyyatı vasitəsilə erməniləri süni şəkildə mədh edərək, Azərbaycanın tarixi rolunun təhrif edilməsi; ermənipərəst dövlətlər və əcnəbi tədqiqatçılar vasitəsilə Azərbaycanın tarixi irsinə qarşı təbliğatın təşkil edilməsi.

Buradan aydın olur ki, Azərbaycana qarşı erməniçilik saxtakarlığı formalaşmış bir fəaliyyət proqramıdır. Ona qarşı səmərəli mübarizə üçün bütün sahələrdə əldə edilmiş təcrübə əsasında konseptual platforma hazırlanması və həyata keçirilməsi zəruridir. Bununla da Azərbaycana qarşı mövcud erməniçilik saxtakarlığını aradan qaldırmaq və təşkil ediləcək yeni saxtakarlıqların önlənməsi daha səmərəli olacaqdır".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH