AZƏRBAYCANA TƏŞƏKKÜR ELAN EDİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin bu günlərdə Tunisdə başa çatmış ikinci mərhələsində Sammitin Cenevrə mərhələsindən keçən iki il müddətində rabitə və informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlara görə 18 ölkəyə, o cümlədən Azərbaycana təşəkkür elan edilmişdir.
174 ölkədən gəlmiş nümayəndə heyətinin qatıldığı zirvə toplantısında 100-dən çox tədbir keçirilmiş, bunların 3-ü ölkəmizlə əlaqədar olmuşdur.
Azərbaycan həm də sammitin sponsorlarından və təşkilatçılarından biri idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]