“Azərbaycanca–özbəkcə-türkcə” danışıq kitabçası çapdan çıxıb
Bakı, 2 may, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Azərbaycanca -özbəkcə-türkcə” danışıq kitabçası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elmi şuranın qərarı ilə çap olunan danışıq kitabçasının ideya rəhbəri akademik Kamal Abdulla, elmi redaktoru türkoloq Elçin İbrahimov, rəyçiləri professorlar Sadət Muhammedova (Özbəkistan) və İsmayıl Məmmədovdur.
Danışıq kitabçasında özbək yazısının qısa tarixçəsi, eləcə də özbək dilinin latın qrafikası haqqında məlumat verilir. Kitabça özbək, Azərbaycan, türk xalqları arasında mədəni əlaqələrin artmasında, ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]