AZƏRBAYCANDA ADAMBAŞINA DÜŞƏN ELEKTRİK ENEJİSİNİN HƏCMİ QONŞU ÖLKƏLƏRDƏKİNDƏN ARTIQ, TARİF İSƏ XEYLİ AŞAĞIDIR
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bunu martın 12-də keçirdiyi mətbuat konfransında bildirmişdir. O demişdir ki, ölkədə əhalinin və təsərrüfatın bütün sahələrinin tələbatını tam ödəmək üçün elektrik enerjisi istehsal etməyə potensial imkan var. Elektrik enerjisi haqlarının yığılmasında irəliləyiş olsa da, bu işdə ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, hələlik əhaliyə satılan elektrik enerjisinin yalnız 25 faizinin haqqını toplamaq mümkün olur.
O, “Azərenerji”nin kredit borcları, onların faizinin qaytarılması vəziyyəti, elektrik enerjisi təchizatında fasilələrin və bəzi hallarda gərginliyin aşağı olmasının səbəbləri, cari ilin iş planı və yeni layihələr barədə də məlumat vermişdir. Daha sonra bildirmişdir ki, “Barmek” götürdüyü öhdəliyə 2002-ci ildə tam, ötən il isə 95 faiz əməl etmişdir. Ötənilki kəsir bu ilin ilk aylarında ödənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]