Azərbaycanda bank və kredit təşkilatlarının kredit portfeli 23 faizdən çox artıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq, milli valyuta ekvivalentində 27 milyard 268,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 22 milyard 932,1 milyon manatı və ya 84,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 8,3 faiz azalaraq 453,7 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]