Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır VİDEO

Bakı, 8 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC 

Azərbaycanda bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikir dekabrın 8-də Bakıda keçirilən “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda yekun məlumat sessiyasında səslənib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Bakıdakı Ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Sessiyanı açan MSK sədri Məzahir Pənahov bildirdi ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün dövlətimizin başçısının ciddi mövqeyini, konkret siyasi iradəsini, eləcə də diqqət və qayğısını vurğulayaraq, dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanda seçki məntəqələrində yaradılan şərait Avropa ölkələri üçün nümunə ola bilər.

Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün bu günədək 37100 nəfərdən çox namizədin qeydə alındığını diqqətə çatdıran MSK sədri dedi: “Bu, keçən dəfəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Ötən dəfə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq böyükdür. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Ümumiyyətlə, hazırlıq mərhələsi yüksək səviyyədə aparılıb və bütün seçki məntəqələri səsverməyə tam hazırdır. Ölkəmiz dekabrın 23-də keçiriləcək bu seçkilərdən də üzüağ çıxacaq”.

Seçkilərdə müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət məktubu göndərildiyini deyən Məzahir Pənahov hələlik cavab alınmadığını qeyd etdi. MSK sədri bildirdi ki, builki seçkilərdə yerli müşahidəçilərin sayı 15 mini keçib. Səkkiz siyasi partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Ümumilikdə, namizədlər arasında 30 partiyanın təmsilçisi var.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verdi. Son 10 ildə ölkəmizdə seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsindən, 3 prezident, 2 parlament, 2 bələdiyyə seçkisinin və 1 referendumun beynəlxalq standartlara uyğun keçirilməsindən danışan Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, Azərbaycanın seçki qanunvericiliyi demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrində qəbul edilmiş qanunlardan heç də geri qalmır.

Azərbaycanda 1607 bələdiyyəyə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şəraitin yaradıldığını bildirən Hüseyn Mövsümov dedi ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Ötən müddətdə bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilib. Bu sahədə görülən işlər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin də yüksək səviyyədə təşkil olunacağına təminat verir. Bunun üçün hər cür şərait yaradılıb.

Seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini açıqlayan şöbə müdirinin müavini bu yerlərdən 1436-sının qapalı, digərlərinin isə açıq məkanlar olduğunu vurğuladı.

“Bu gün bələdiyyələr inkişaf edib, təcrübə toplayıb və sosial məsələlərin həllində fəal rol oynamağa başlayıb. İşimizi elə qurmalıyıq ki, builki seçkilər də qanunvericiliyə uyğun, şəffaf şəkildə keçirilsin”, - deyən Hüseyn Mövsümov səsvermə məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə prosesin internet üzərindən canlı izlənilməsinin seçkilərin demokratik şəkildə keçirilməsi yönündə mühüm addım olduğunu bildirdi.

“Azərbaycan seçki sahəsində böyük irəliləyişə nail olub”, - deyən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç ölkəmizdə seçkilərin keçirilməsində qazanılan uğurları təqdir etdi və bu nailiyyətləri daha da təkmilləşdirməyin önəmini diqqətə çatdırdı.

Avropa ölkələrinin seçki təcrübəsindən danışan D.Filipoviç seçki prosesində qarşıya çıxan nöqsanlardan da bəhs etdi. “Əlbəttə seçki mübahisələri hər bir ölkədə olur. Ancaq ona yanaşma müxtəlif ölkələrdə fərqlənir. Bütün hallarda seçki prosesində şəffaflıq təmin olunmalıdır. Əminəm ki, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planı çərçivəsində keçirilən məlumat sessiyaları da bu işə öz töhfəsini verəcək”, - deyə D.Filipoviç vurğuladı.

Sonra MSK sədrinin müavini Natiq Məmmədov və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri mövzusunda təqdimatla çıxış etdilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Bakıdakı ofisinin birgə layihəsi olan sessiyalar Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun təşkil edilib.

Azərbaycanda bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb