AZƏRBAYCANDA GÖRDÜYÜMÜZ QONAQPƏRVƏRLİK BİZİ HEYRAN ETDİ
AZƏRTAC xəbər verir ki, bu sözləri Kanadanın “Tour de Afrique Limited” şirkəti tərəfindən həyata keçirilən “İpək yolu”nda velosiped turu” layihəsinin rəhbəri Henry Gold demişdir.
Gürcüstandan Azərbaycana keçmiş yürüş iştirakçıları Balakən-Şəki-Qəbələ-Şamaxı istiqamətində hərəkət edərək avqustun 25-də Bakıya daxil olmuşlar.
Avqustun əvvəlində Türkiyənin İstanbul şəhərindən start götürən və dünyanın 9 ölkəsindən 45 velosipedçinin qatıldığı yürüşün iştirakçıları iki gün ərzində Bakıda tarix və mədəniyyət abidələri, digər görməli yerlərlə tanış olacaqlar.
“İpək yolu”nda velosiped turu” layihəsi iştirakçılarını paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı bölməsinin müdiri Mahir Qəhrəmanov və Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Ələddin Şabanov qarşılamışlar.
Xalqımıza məxsus qonaqpərvərliklə, mehribanlıqla qarşılanan layihənin rəhbəri Henry Gold müxbirimizlə söhbətində bildirmişdir ki, 4 dün ərzində Azərbaycanda gördükləri səmimi münasibət onlarda xoş əhval-ruhiyyə yaratmışdır. H. Gold demişdir ki, Azərbaycan zəngin tarixi abidələri və təbii gözəllikləri ilə bizə tarix yaşatdı.
Velosipedçilərin avqustun 27-də Azərbaycan ərazisindən Türkmənistana, oradan isə Tacikistana yola düşəcəkləri bildirilir.
Yürüş noyabrın 18-də Pekin şəhərində başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]