Azərbaycanda hotellərin gəlirləri 8 faiz artmışdır
Bakı, 21 aprel (AZƏRTAC). Ötən il ölkəmizdə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 2010-cu illə müqayisədə 8,3 faiz artaraq 114,7 milyon manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, gəlirlərin 76,5 faizi nömrələrin, 15,8 faizi qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Ötən il Azərbaycandakı mehmanxana və mehmanxana tipli müəssisələrdə 258 min nəfər xarici ölkə vətəndaşı gecələmişdir. Onlar əsasən Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, ABŞ, Fransa, Çin, Qazaxıstan, Gürcüstan və İtaliya vətəndaşlarıdır. Mehmanxanalarda gecələyən əcnəbilərin 78,9 faizi ölkəmizə turizm məqsədilə gəlmişdir.
Ötən il ərzində ölkədə 508 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. Bu müəssisələrdə nömrələrin (otaqların) sayı 14,8 min vahid, birdəfəlik tutum isə 32 min çarpayı-yer olmuşdur. Nömrələrin 17,9 faizi lüks, 40,3 faizi birinci dərəcəli, 41,8 faizi isə turist dərəcəlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]