AZƏRBAYCANDA İDMANIN İNKİŞAFINAQAYĞI BEYNƏLXALQ ALƏMDƏ TƏQDİR EDİLİR
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev mərasimdə çıxış edərək, ölkəmizin ali rəhbərliyinin xalqımızın fiziki sağlamlığı sahəsində apardığı siyasətin uğurlarından, dünya standartlarına uyğun idman komplekslərinin təkcə respublikamızın böyük şəhərlərində deyil, həm də bölgələrində istifadəyə verilməsindən danışmışdır. Səfir demişdir ki, Azərbaycan Prezidenti, MOK-un rəhbəri İlham Əliyevin səmərəli fəaliyyəti sayəsində respublikamız qısa müddət ərzində idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının keçirildiyi mərkəzlərdən birinə çevrilmiş, idmançılarımız beynəlxalq turnirlərin medallarını qazanmışlar.
Elə həmin gün səfir Tələt Əliyev Dünya Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi ilə görüşmüşdür. B.Qrandi bu yaxınlarda Bakıya səfəri zamanı ölkəmizin idman həyatındakı canlanmaya heyran qaldığını bildirmişdir. O, MOK-un prezidenti İlham Əliyev, Azərbaycan Bədii Gimnastika Federasiyanın prezidenti Mehriban Əliyeva ilə vacib və əməli danışıqlarından söhbət açaraq demişdir ki, gələn il bədii gimnastika üzrə Dünya çempionatının Azərbaycan kimi kiçik bir ölkədə keçirilməsindən qürur duyur.