Azərbaycanda nar ixracı azalıb
Bakı, 29 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında 18 min ton nar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən narın dəyəri 25 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 25 milyon dollar olmaqla 19,1 min ton nar ixrac edilib.