Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Bakı, 21 may, Əziz Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologiya Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin fəaliyyətinin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi, bu sahədə çalışan insanların gərgin əməyinin və dövlətimizin daimi qayğısı və diqqəti nəticəsində mümkün olub. Onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotexnologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və əməyi var.

Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb. Təbrik məktubunda xüsusi olaraq vurğulanıb ki, dünyada məşhur olan bir çox alim və mütəxəssisin qatıldığı, onkologiya üzrə bu mötəbər beynəlxalq elmi konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın onkoloji xəstəliklərə qarşı mübarizədə daim artan nüfuzunun bariz göstəricisidir.

Tədbirin davamında Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açılıb, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev, Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, onkoloq Azad Kərimli, İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Suayib Yalçının ölkə onkoloqlarını yubiley münasibətilə təbrik çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. XX əsrin 30-40-cı illərində məlum oldu ki, Azərbaycanda onkologiyanın inkişafına mane olan ən mühüm səbəblərdən biri bədxassəli şiş problemləri ilə məşğul olan ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin olmamasıdır. Bununla əlaqədar, 1941-ci ilin yanvarında Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutu (ETRRİ, - indiki Milli Onkologiya Mərkəzi) təşkil edildi. ETRRİ-nin yaradılması Azərbaycanda Rentgenologiya və Radiologiya xidmətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Bu institutda aparılan elmi araşdırmaların əsas istiqamətləri respublikada bədxassəli şişlərin epidemiologiyası və xərçəngin kombinə edilmiş kompleks müalicəsi üçün səmərəli metodlar yaratmaqdan ibarət idi. İnstituta müxtəlif illərdə rəhbərlik etmiş İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr verib.

Lakin 1990-cı ilin mart ayında Azərbaycanda səhiyyənin böyük təşkilatçısı, gənc mütəxəssislərin bütöv bir nəslini yetişdirmiş, mərkəzin yeni binalarının tikintisi məsələsinin həllinə xeyli qüvvə sərf etmiş görkəmli alim - akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsinə təyin ediləndən sonra respublikada onkoloji xidmətin inkişafında əsaslı irəliləyiş baş verib. Əvvəllər onkoloq həkimlər çox ağır şəraitdə işləyirdilər. Məsələn, mürəkkəb cərrahiyyə əməliyyatları aparılması üçün şərait yox idi. Bu gün isə Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq görərik ki, burada böyük bir tibb şəhərciyi salınıb. Əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu inşa ediləndən sonra bu sahədə tərəqqi müşahidə olunur. Həmin korpusun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

2014-cü ildə yeni müalicə korpusunun və onkologiya mərkəzinin bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyasının açılışı oldu. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində təkcə Azərbaycanda deyil, bütün regionda ilk və yeganə olan Nüvə Təbabəti Mərkəzi açıldı. Burada “Siemens” şirkəti tərəfindən ən yeni texnologiyalar əsasında yaradılmış və minimal doza ilə sürətli müayinə aparmağa imkan verən “Biograph mCT-S40” pozitron-emission tomoqrafiya/ kompüter tomoqrafiyası aparatı (PET/KT) istifadəyə verilib.

2012-ci ilin mart ayında Uşaq Onkoloji Klinikasının açılışı olub. Hazırda Milli Onkologiya Mərkəzinin bütün regionda flaqman müəssisəsi sayılan Uşaq Onkoloji Klinikasında kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immun terapiyası və digər kompleks müalicə üsulları çox yüksək səviyyədə tətbiq edilir. Klinikada uşaq cərrahiyyəsi, uşaq kimyəvi terapiyası, uşaq şüa terapiyası, uşaq anesteziologiya və reanimasiyası bölmələri var. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılmasına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük töhfə veriblər.

Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssisləri, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genoa Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi üzrə müxtəlif mövzularda məruzələri ilə davam etdirib. Konfransda onkoloji xəstəliklərin ənənəvi müalicə metodlarına müxtəlif yanaşma konsepsiyaları ilə yanaşı, müasir diaqnostika və müalicə metodlarının müzakirələri böyük maraq doğurub. Onkologiyanın əsas istiqamətləri üzrə seksiyalarla işini davam etdirən konfransın “Bədxassəli şişlərin müalicəsi” bölümü Milli Onkologiya Mərkəzinin əməkdaşları Leylaxanım Məlikova, Elxan Kazımov, Samir Qurbanovun ABŞ və İtaliyadan olan həmkarları Mattro Lambertini və Aşis Saksena ilə apardıqları təcrübə mübadiləsi, elmi diskussiya xarakterli çıxışları ilə yadda qaldı.

Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələrdə professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, professor Suayib Yalçının “Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-ın Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Sigurdsonun “Kolorektal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektal xərçəngin müalicəsi” mövzusunda çıxışları da alim və mütəxəssislərin xeyli marağına səbəb oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub