AZƏRBAYCANDA ORACLE GÜNLƏRİ
E.Vəlizadənin sözlərinə görə, Oracle günləri ölkənin biznes və informasiya texnologiyaları sahələrində elitasını bir araya toplamış, müəssisə və dövlət təşkilatları rəhbərlərinin informasiya texnologiyalarından istifadə etməklə biznesin səmərəliliyinin artırılmasına maraq göstərdiklərini üzə çıxarmışdır.
Oracle korporasiyasının vitse-prezidenti, şirkətin MDB üzrə baş direktoru Boris Şerbakov çıxışında bildirmişdir ki, indi Oracle sənayedə proqram məhsullarının istehsalı üzrə ən yaxşı resurslara malikdir və bu təcrübəni Azərbaycanın dövlət təşkilatları, müəssisələri və İT şirkətləri ilə bölüşməyə hazırdır. O, Azərbaycan hökumətinin korporasiyaya böyük maraq göstərdiyini bildirərək demişdir ki, bir sıra iri dövlət təşkilatları - Prezidentin İcra Aparatı, maliyyə, daxili işlər nazirlikləri, Dövlət Neft Fondu, Milli Bank Azercell telekommunikasiya şirkəti Oracle-nin texnologiyalarından istifadə edirlər.
Konfransın işində aparıcı müəssisələrin və dövlət təşkilatlarının, o cümlədən iqtisadi inkişaf, milli təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Bankının, “Azəriqazbank”ın və digər maliyyə təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları Oracle-nin dünyada 26000 və MDB-də 100-dən çox şirkətin istifadə etdiyi biznes-əlavələrinin tətbiqi sayəsində şirkətlərin və dövlət təşkilatlarının rəqabət qabiliyyətinin və mənfəətliliyinin artırılması imkanları ilə tanış olmuşlar.