Azərbaycanda ozondağıdıcı maddələrin istifadədən çıxarılması üzrə layihələr həyata keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-sı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987) və London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun qəbul etmişdir.
Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində ozondağıdıcı maddələrin istifadədən çıxarılması üzrə layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirir. Ölkəmiz ozondağıdıcı maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]