Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda sağlam siyasi mühit mövcuddur

Azərbaycanda sağlam siyasi mühit mövcuddur

Bakı, 9 mart, AZƏRTAC

Demokratik təsisatların inkişafı Azərbaycan dövlət siyasətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi davamlı uğurlarımızda əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu məqam xüsusi yer alır ki, Azərbaycan hər zaman yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir. Əsas hədəf Azərbaycanın bütün sahələr üzrə təcrübəsinin nümunə olmasıdır. Ölkəmizin dayanıqlı inkişafına davamlı töhfələri ilə diqqət çəkən, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyasının 2019-cu ilin sonlarında islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi diqqətdən kənarda qalmadı. Bu təşəbbüs 2020-ci ilin 9 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi.

Bu gün Azərbaycan beynəlxalq qurumların hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ən əsası, ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Azərbaycan ənənələri olan ölkə kimi nüfuz qazanır. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Dövlətimizin başçısı İlham Əliyev 6-cı çağırış parlamentin ilk iclasındakı çıxışında bu əminliyi ifadə edib ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Siyasi sistemin təkmilləşdirilməsi işində parlamentin çox böyük rolu olacaq və olmalıdır. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu əminliyi də bildirib ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu hədəflərin qarşıya qoyulduğu vaxtdan - 2020-ci il martın 10-dan bizi üç il zaman kəsiyi ayırır. Bu müddətdə qazanılan uğurların miqyasını təsəvvür etmək üçün ötən üç ildə Azərbaycanın qeyd edilən məqsədlərin reallığa çevrilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkəmizdə siyasi partiyaların yaradılması və onların müstəqil fəaliyyəti üçün bütün zəruri addımlar atılır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirərək günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparması da siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasında müsbət təsirini göstərir, böyük rol oynayır.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın imza atdığı tarixi Zəfərin yaratdığı reallıqlar bütün sahələrdə yeniləşməni, təkmilləşməni bir zərurətə çevirdi. Ötən il yeni reallıqların fonunda “Siyasi partiyalar haqqında”, həmçinin “Media haqqında” yeni qanunlar qəbul olundu. Təkcə bu iki qanunun əsasında yeni sənədlərin qəbulunu zəruri edən səbəbləri aydın şəkildə görmək mümkündür. 999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə, 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanuna isə ötən müddətdə 27 dəfə əlavə və dəyişiklik edilmişdi. İllər keçdikcə ölkəmizin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Dəyişən reallıqlar yeni mütərəqqi qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsi lazımdır. Bütün bu amillər nəzərə alınaraq iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilir və ediləcək. Eyni zamanda, milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da təkmilləşdirilir. Azərbaycan dövləti qəbul olunan qanunları heç zaman dəyişməz qəbul etmir, daim onların təkmilləşdirilməsinin vacibliyini önə çəkərək ölkə həyatında baş verən hər bir yeniliyin burada əksini tapmasına səy göstərir. Bu gün ölkəmizdə sağlam siyasi mühit mövcuddur. Atılan bu kimi addımlar demokratiya və plüralizm mühitinin daha da təkmilləşdirilməsini, Azərbaycanın bu dəyərlərə bağlılığını nümayiş etdirir, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin 6-cı çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli nitqində Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təhlili fonunda hədəflər açıqlanmaqla yanaşı, belə bir əminlik də ifadə olundu ki, bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Azərbaycan parlamenti bu işdə fəal olacaq. Təbii ki, dövlətimizin başçısı İlham Əliyevin bu əminliyinə əsas verən ölkəmizin hərtərəfli inkişafı üçün bütün tədbirlərin, islahatların kompleks, sistemli şəkildə həyata keçirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır